XƏSTƏXANA YAPONİYANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN MALİYYƏ DƏSTƏYİ İLƏ ƏSASLI TƏMİR EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gəncədə yerləşən Kəlbəcər mərkəzi xəstəxanası Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardım proqramı”çərçivəsində əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə xəstəxananın baş həkimi Vaqif Kərimov xeyirxah işə görə Yaponiya hökumətinə minnətdarlığını bildirmişdir. O demişdir ki, binanın dam örtüyü, tavanı və döşəməsi tamamilə dəyişdirilmiş, cərrahiyyə şöbəsi, doğum evi - ümumilikdə 25 otaq əsaslı təmir edilərək tibb işçilərinin istifadəsinə verilmişdir.
Yaponiyanın Azərbaycandakı səfirinin müşaviri Hideomi Nakajima ölkəsinin 2000-ci ildən respublikada səhiyyə, təhsil, sosial müdafiə, ətraf mühitin qorunması, yoxsulluğun azaldılması və sair sahələrdə həyata keçirdiyi layihələrdən danışmışdır.
Mərasim iştirakçıları xəstəxananın şöbələrini gəzmiş və yaradılan şəraitlə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]