XƏTAİ RAYONUNDA 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 19 yanvar (AZƏRTAC). Xətai Rayon İcra Hakimiyyətinin akt zalında 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, YAP rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmov və başqaları çıxış edərək bildirmişlər ki, 20 Yanvar hadisələri xalqımızın qan yaddaşına həkk olunmuş faciədir. Həmin gün sovet imperiyası xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizə əzmini qırmaq üçün onlara qarşı misli görünməmiş qətliam törətsə də, xalqımızın haqq səsini boğa bilməmişdir. Bu, həm də xalqın azadlığı uğrunda mübarizədə bir qəhrəmanlıq səhifəsidir.
Tədbirin sonunda şəhid ailələrinə və əlillərə maddi yardım edilmiş, ərzaq bağlamaları paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]