Xətai rayonunda marketlərdə kassaları talayan şəxs saxlanılıb
Bakı, 28 fevral, AZƏRTAC
Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilib. Naməlum şəxs kassanın nəzarətsiz qalmasından istifadə edərək orada olan 1000 manatı gizli olaraq talayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Əliəsgər İsmayılov saxlanılıb. Araşdırmalar zamanı həmin şəxsin eyni üsulla Xətai və paytaxtın digər ərazilərində də oğurluqlar etdiyi məlum olub.
Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əliəsgər İsmayılov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]