Xətai rayonunda Ulu Öndərin anadan olması münasibətilə ağacəkmə aksiyası keçirilib
Bakı, 11 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə Xətai rayonun bir sıra küçə və prospektlərində ağacəkmə aksiyası keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Bakının ekoloji mühitinin yaxşılaşdırılması və şəhərin daha da gözəlləşdirilməsinə xidmət edən yaşıllaşdırma kampaniyasında mindən çox çinar, zeytun, küknar, şam, söyüd ağacı və dekorativ kol əkilib. Rayonun ekoloji tarazlığının bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunması baxımından əhəmiyyətli olan yaşıllaşdırma aksiyalarında bundan sonra da ağac, gül və bəzək kollarının əkilməsi nəzərdə tutulur.
Tədbirlər çərçivəsində Zığ şosesi boyunca iməcilik keçirilib. Rayonun idarə və təşkilatlarının, könüllülərin, fəal gənclərin iştirak etdiyi kampaniyada ərazi məişət tullantılarından təmizlənib, alaq otları götürülüb, mövcud yaşıllıqlar sulanıb.