Xeyirxah təşəbbüs: “İki aldığından birini ianə et”
Kürdəmir, 13 aprel, AZƏRTAC
Koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq olunan gücləndirilmiş karantin rejimi şəraitində Kürdəmirdə yüzlərlə tənha ahıl sakinə, habelə aztəminatlı ailələrə ərzaq yardımı göstərilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aparatın işçiləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə üzvləri, sahibkarlar və imkanlı vətəndaşlar “Biz birlikdə güclüyük” kampaniyası çərçivəsində şəhər, qəsəbə və kəndlərdə 200 ailəyə ərzaq yardımı paylayıblar. Ümumiyyətlə, indiyədək yardım alan ailələrin sayı 700-ü ötüb. Yardımlar sakinlərin evlərinə aparılır.
Qeyd edək ki, karantin rejimi şəraitində Kürdəmirin bəzi ərzaq mağazalarında karantin dövründə “İki aldığından birini ianə et” kampaniyası da davam edir. Belə ki, imkanlı mağaza sahibləri alış-veriş edən aztəminatlı ailələrin pulsuz çörəklə və digər zəruri ərzaq malları ilə təminatına yardım göstərirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]
Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu
- 13.06.2026 [16:15]
Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR
- 13.06.2026 [15:39]
Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb
- 13.06.2026 [15:26]
Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]