Xəzər Universitetinin əməkdaşları Romada keçirilən seminarda iştirak etmişlər
Bakı, 19 noyabr (AZƏRTAC). Xəzər Universitetinin təhsil fakültəsinin dekanı Elza Səmədova, Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova və Jurnalistika Departamentinin əlaqələndircisi Cabir Məmmədli noyabrın 13-dən 15-dək DOQUP TEMPUS layihəsi çərçivəsində Romada keçirilən seminarda iştirak etmişlər.
Xəzər Universitetindən AZƏRTAC-a bildirmişlər ki, “Təhsil proqramlarının keyfiyyət təminatının sənədləşməsi” adlı TEMPUS layihəsi çərçivəsində təşkil edilmiş seminar Romanın tarixi mərkəzində yerləşən İtaliya Universitetlərinin Rektorları Mərkəzində keçirilmişdir.
Seminarda təhsil proqramlarının keyfiyyətinin təminatı üçün müəyyən olunmuş məlumat və bazaların onlayn idarə edilməsi üçün CİNECA (layihə ortağı) tərəfindən yaradılan proqram təminatı, Balonya sisteminin həyata keçirilməsi prosesi və bu sistemin həyata keçirilməsinin Avropanın, xüsusilə DOQUP layihəsinin tərəfdaş universitetlərinin təhsil proqramlarının quruluşuna təsiri və digər müvafiq məsələlər müzakirə olunmuşdur.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]