Xidmət rəisi: Yeni qanunda beynəlxalq təşkilatların satınalmalar üzrə prinsipləri durur
Bakı, 1 dekabr, AZƏRTAC
Dövlət satınalmaları haqqında qanun növbəti il yanvar ayının 1-də qüvvəyə minəcək. Qanunun 14 iyul 2023-cü ildə imzalanmasına baxmayaraq, tətbiqi 2024-cü il yanvarın 1-nə nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
O qeyd edib ki, birinci məsələ qanuna müvafiq olaraq normativ aktların hazırlanması idi: “Burada söhbət 20 ədəd normativ aktın qəbul edilməsindən gedir. İkinci məsələ isə, bu müddət ərzində bazarın qanunun tətbiqinə hazırlanması idi”.
M.Abbasbəyli əlavə edib ki, bu qanunun əsasında BMT-nin və Avropa Birliyinin satınalmalar üzrə prinsipləri durur ki, bu prinsiplər də şəffaflıq, bərabərlik, qərərsizlik, peşəkarlıq və keyfiyyət əsaslı rəqabətlilikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:28]
BEOC-da transformasiya və texnoloji yeniliklər təqdim olunub
- 19.06.2026 [12:10]