Azərbaycan Dövlət İnformasiya Agentliyi

XILLI “NƏRƏ” BALIQARTIRMA ZAVODUNUN AÇILIŞ MƏRASİMİ

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Hörmətli xanımlar və cənablar!

Əziz neftçalalılar!

Bu gün Azərbaycanın müasir tarixində çox əlamətdar bir gündür. Azərbaycanın Neftçala rayonunun ərazisində yeni, dünya standartlarına cavab verən “Nərə” balıqartırma zavodu tikilib və istifadəyə verilir. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm.

Bu gün artıq ikinci dəfədir ki, bilavasitə ekoloji problemlərlə bağlı olan mərasimdə iştirak edirəm. Bu gün səhər Bakının Qaradağ, habelə Salyan və Neftçala rayonlarının inzibati ərazilərində yerləşən Şirvan Milli Parkının açılışında iştirak etmişdim və indi də burada sizinlə birlikdəyəm. Deyə bilərəm ki, bunların hər ikisi Azərbaycan Respublikasının Prezidenti hörmətli Heydər Əliyevin sərəncamları əsasında, onun təşəbbüsü ilə yaradılmışdır. Bu, bir daha göstərir ki, Azərbaycanın dövlət başçısı, bütün başqa məsələlərlə yanaşı, ekologiyaya, ətraf mühitin qorunmasına böyük diqqət göstərir. Bu, həqiqətən də belədir. Biz bu məsələdə bundan sonra da diqqətli olacağıq. Çünki bu, Azərbaycanın gələcəyi məsələsidir.

Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edir. Ölkəmiz iqtisadi islahatların aparılmasında qabaqcıl yerlərdən birini tutur. Bu, bizim hamımızı çox sevindirir. Bu işlər ölkəmiz üçün gözəl potensial və perspektivlər yaradır. Amma bununla yanaşı, biz daim diqqət mərkəzində saxlamalıyıq ki, Azərbaycanın gözəl təbiəti qorunsun. Bu istiqamətdə bu gün iki obyektin açılışı bir daha göstərir ki, dövlət başçısı bu işlərə də öz diqqətini əsirgəmir.

Bu zavod ən müasir avadanlıqla təchiz olunub, ən yüksək dünya standartlarına uyğun şəkildə tikilmişdir. Bu, çox sevindirici haldır. Qeyd etməliyəm ki, son illər ərzində Azərbaycanda yaradılan, tikilən binaların, müəssisələrin, idman qurğularının, demək olar, tam əksəriyyəti dünya standartlarına cavab verir.

Bu, bizi çox sevindirir. Eyni zamanda, sevindirici hal həm də odur ki, bu zavod, əsasən, yerli inşaatçılar tərəfindən tikilmişdir. On il bundan əvvəl Azərbaycanda hər bir tikili, hər bir kiçik bina xaricdən gələn mütəxəssislər tərəfindən tikilirdi. Yerli şirkətlərin təcrübəsi yox idi. Amma bu illər ərzində təcrübə də toplanmışdır və biz görürük ki, yerli inşaatçılar bütün binaları, zavodları, fabrikləri ən yüksək səviyyədə tikə bilirlər. Bu, çox sevindirici haldır və biz gələcəkdə buna daha böyük əhəmiyyət verməliyik, yerli inşaatçıları, istehsalçıları dəstəkləməliyik.

Biz Azərbaycanda istehsalı artırmalıyıq, çalışmalıyıq ki, idxal azalsın, daxili istehsal artsın. Bu istiqamətdə işlər aparılır. Təxminən 20 gün əvvəl Xaçmaz rayonunda böyük emal müəssisəsi tikilib istifadəyə verilmişdir. Bu gün də Neftçala rayonunda balıqartırma zavodu istifadəyə verilir. Əminəm ki, gələcəkdə də Azərbaycanın hər bir bölgəsində yeni infrastruktur, yeni müəssisələr, fabriklər tikiləcəkdir. Bu da öz növbəsində, yeni iş yerlərinin açılmasına imkan verəcəkdir. Azərbaycan hökumətinin qarşısında duran ən önəmli problemlərdən biri də məhz yeni iş yerlərinin açılmasıdır.

Bu gün burada qeyd olundu ki, zavodda yüzə yaxın adam işləyəcəkdir. Yəni, artıq burada yüz iş yeri açılmışdır. Hökumətin planlarına növbəti 5 il ərzində 600 min yeni iş yerinin açılması daxildir. Beləliklə, Azərbaycanda işsizlik, demək olar ki, tamamilə ləğv olunacaqdır. Bu, çox sevindirici haldır və hökumət bu istiqamətdə işləyir və bundan sonra da işləyəcəkdir.

Eyni zamanda qeyd olundu ki, bu zavod Xəzəryanı ölkələrdə nadir bir müəssisədir. Bu, sahədə Azərbaycan birincilik əldə etmişdir. Bu bizi çox sevindirir. Çünki Xəzər dənizinin müxtəlif sərvətləri vardır. Onun bioresursları, Xəzərdəki neft-qaz yataqları da bu sərvətlərdəndir. Qürur hissi ilə deyə bilərəm ki, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan öz neft-qaz yataqlarının işlənilməsində və enerji daşıyıcılarının dünya bazarlarına çatdırılmasında birinciliyi qazanmışdır və onu əldən verməyəcəkdir. Məhz Azərbaycanın neft strategiyası sayəsində Xəzər dənizində beynəlxalq konsorsiumlar yaradılmışdır və bu xarici şirkətlər Azərbaycanın iqtisadiyyatına artıq bir neçə milyard dollar investisiya qoymuşlar.

Bu da, öz növbəsində, ona gətirib çıxarmışdır ki, son illər ərzində neft sektorunda on mindən artıq yeni iş yerləri açılmışdır. Bizim məqsədimiz ondan ibarətdir ki, bütün sahələrdə, xüsusilə, qeyri-neft sektorunda buna oxşar meyl müşahidə olunsun. Bu zavodun açılışı da onu göstərir ki, belə meyl vardır və bu siyasət gələcəkdə də davam etdiriləcəkdir.

Azərbaycan Xəzər dənizinin statusu məsələsində dəfələrlə öz mövqeyini bəyan etmişdir. Bu mövqe ədalətlidir və biz çox şadıq ki, son illər ərzində qonşularımızla - Rusiya və Qazaxıstan ilə Xəzər dənizinin dibinin bölünməsi haqqında imzaladığımız sənədlərdə məhz Azərbaycanın mövqeyi öz əksini tapmışdır. Bizim başqa ölkələrin sektorlarında gözümüz yoxdur. Ancaq öz sektorumuzda da işləyəcəyik və işlərimizi lazım bildiyimiz kimi quracağıq. Bu işdə heç kim bizə mane ola bilməz. Xəzər dənizinin sektorlara bölünməsi məsələsində də böyük irəliləyiş müşahidə olunur.

Azərbaycan öz neft ehtiyatlarını artıq hasil edir və iki neft kəməri vasitəsilə dünya bazarlarına çıxarır. Bildiyiniz kimi, hazırda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri də inşa edilir və inşallah, 2005-ci ilin sonlarında o da istismara veriləcəkdir. Bundan sonra Azərbaycanın xəzinəsinə çox böyük həcmdə valyuta axını gələcəkdir. Bu da, öz növbəsində, qarşımızda duran planları həyata keçirməyə, yoxsulluğu azaltmağa, iş yerləri açmağa, yeni səhiyyə ocaqları, təhsil müəssisələri, yeni infrastruktur yaratmağa imkan verəcəkdir. İmkanlarımız çoxdur. Bu istiqamətdə hökumət xüsusi bir proqram - Azərbaycanın iqtisadi inkişaf proqamını hazırlayır və burada bütün bu məsələlər öz əksini tapacaqdır.

Əlbəttə, bu məsələlərin həlli bizim valyuta ehtiyatlarımızın bu proqramın həyata keçirilməsinə verdiyi imkandan asılı olacaqdır. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində artıq valyuta ehtiyatları yaranır. Bu məqsədlə Neft Fondu yaradılmışdır və orada 1 milyard 400 milyon dollar vəsait toplanmışdır. Bu vəsait Azərbaycanın gələcək nəsilləri üçün istifadə olunacaq, eyni zamanda, ölkəmizin qarşısında duran mühüm sosial-iqtisadi problemlərin həllində də öz rolunu oynayacaqdır.

Açılışına toplaşdığımız zavod həm də Dünya Bankının krediti ilə yaradılmışdır. Bu, bizi çox sevindirir. Azərbaycan beynəlxalq maliyyə qurumları ilə çox sıx və uğurlu əməkdaşlıq edir. Əlamətdar haldır ki, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, dünyanın digər aparıcı maliyyə qurumları Azərbaycanda həyata keçirilən iqtisadi siyasəti çox yüksək qiymətləndirir və bəyənirlər. Təbii ki, bu, belə də olmalıdır. Çünki ölkəmizin iqtisadiyyatı hər il təxminən 10 faiz artır, inflyasiyanın səviyyəsi 2 faizdən yuxarı deyildir. Digər iqtisadi göstəricilər də deməyə əsas verir ki, Azərbaycan inamla irəliləyir.

Amma 1993-cü ili yada salaq. Həmin il, o vaxtkı iqtidarın dövründə inflyasiya min faiz təşkil edirdi. Yəni, pulun dəyəri tamamilə itirdi. Azərbaycan demək olar ki, xaos vəziyyətində, böhran içərisində idi. Xəzinə boşalmışdı, burada qalan vəsaiti isə həmin iqtidar oğurlayıb xaricə aparmışdı. İndi isə Azərbaycanın sərvətləri, o cümlədən valyuta ehtiyatları çox etibarlı şəkildə qorunub saxlanılır. Bu məqsədlə Neft Fondu yaradılıb və o, çox şəffaf qurumdur. Onun fəaliyyəti, orada yığılan vəsait haqqında mütəmadi qaydada əhaliyə məlumat verilir. Bu şəffaf qurum Azərbaycanın gələcəyində və perspektivlərində çox mühüm rol oynayacaqdır.

Bütün bu sadaladığım amillər deməyə imkan verir ki, Azərbaycan yaxın gələcəkdə çox böyük uğurlar əldə edəcək, iqtisadi cəhətdən güclənəcəkdir. İqtisadiyyatımız daha da inkişaf edəcəkdir. Artıq biz bu inkişafı görürük. Xüsusilə aqrar sektorda. Azərbaycan MDB məkanında yeganə ölkədir ki, torpaq kəndlilərə verilmişdir. Biz artıq bunun nəticələrini görürük. Eyni zamanda, özəlləşdirmə prosesi nəticəsində minlərlə, on minlərlə sahibkarlar təbəqəsi yaranmışdır. Biz çalışmalıyıq ki, ölkəmizdə güclü orta təbəqə yaransın, Azərbaycanın bütün bölgələri hərtərəfli inkişaf etsin. Bu məqsədlə biz bundan sonra da işimizi elə quracağıq ki, hər bir bölgədə, Azərbaycanın hər bir rayonunda yeni iş yerləri açılsın, yeni zavodlar, fabriklər istifadəyə verilsin ki, insanlar işlə təmin olunsunlar.

Biz bütün bunları edəcəyik. Əlbəttə, ilk növbədə biz istəyrik ki, Azərbaycan dünyada daha möhkəm şəkildə özünə layiq yer tutsun. İndi bu, baş verir. Mənim son görüşlərim, xaricdə apardığım danışıqlar bir daha onu göstərir ki, ölkəmiz dünyada öz mövqelərini möhkəmləndirmişdir. İndi Azərbaycanla hesablaşır, ona hörmət edirlər. Ölkəmizin regiondakı mövqeyi möhkəmlənmişdir. Azərbaycansız regionda heç bir iqtisadi layihə həyata keçirilə bilməz.

Halbuki Ermənistan öz işğalçı siyasəti nəticəsində bütün regional layihələrdən məhrum olubdur. Biz onları bu layihələrdən təcrid etmişik. Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında olan iqtisadi uçurum daha da genişlənəcəkdir. Azərbaycan möhkəm və zəngin ölkəyə çevriləcəkdir. Ermənistanda isə bu perspektivlər yoxdur. Əlbəttə ki, bu amil danışıqlar prosesində də mühüm rol oynayacaqdır. Azərbaycanın ordusu güclənir. Dövlətimizin başçısı cənab Prezidentin göstərişləri əsasında ordu quruculuğunda da böyük işlər görülmüşdür. Artıq bizim ordumuz qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir. Amma biz istəyirik ki, müharibə olmasın, problemi sülh yolu ilə həll edək. Eyni zamanda, ordumuz güclü olmalıdır və bu istiqamətdə işlər aparılır.

Yenidən iqtisadiyyata qayıdaq, çünki hər şey iqtisadi zəmin üzərində qurulur. İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bunu cənab Prezident bir neçə il əvvəl demişdir. Bu ifadə bu gün də aktualdır, sabah da aktual olacaqdır. Ona görə də, ilk növbədə, iqtisadi inkişafa diqqət yetirilməlidir və yetirilir. Əlbəttə, bundan sonra maaşların və gəlirlərin daha da artırılmasına imkan yaranacaqdır. Deyə bilərəm ki, cənab Prezidentin son sərəncamları nəticəsində 2 milyon insan bunu hiss etmişdir - maaşlar 50 faiz qaldırılmış, pensiyalar artırılmışdır. Bu proses davam edəcəkdir. İmkan yarandıqca, biz bunu davam etdirəcəyik. Çünki bütün müsbət nəticələrə baxmayaraq, biz çox gözəl bilirik ki, problemlər də çoxdur və xalqın müəyyən təbəqəsi çətinlik çəkir. Yoxsulluğun azaldılması istiqamətində biz yenə də beynəlxalq maliyyə qurumları, o cümlədən Dünya Bankı ilə sıx əməkdaşlıq edirik və çalışırıq ki, bu məsələ də aradan qalxsın. Əminəm ki, bu, belə də olacaqdır.

Azərbaycanda bu zavodun tikilib istifadəyə verilməsi bir də ona görə önəmlidir ki, iqtisadiyyatımızın təkcə neft və qaz üzərində qurulmadığını bir daha göstərir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, qeyri-neft sektoru inkişaf etdirilsin. Neft sektorunda hər şey yerindədir. 9 il ərzində Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan böyük uğurlar əldə etmişdir. Azərbaycan nefti dünya bazarlarına çıxarılmışdır və ölkəmiz bundan böyük gəlirlər əldə edir. Biz qeyri-neft sektoruna da eyni meyarlarla yanaşmalıyıq. Orada da böyük dönüş gözlənilir və əminəm ki, bu, yaxın gələcəkdə baş verəcəkdir.

Beləliklə, Azərbaycan hərtərəfli inkişaf edəcəkdir. Ölkəmizin iqtisadiyyatı, bölgələri hərtərəfli inkişaf edəcəkdir. Biz bunu istəyirik və əminəm ki, buna nail olacağıq.

Əziz dostlar!

Mən bir daha sizin hamınızı bu gözəl müəssisənin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Sizə uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

X X X

Sonra Baş nazir İlham Əliyev “Nərə” balıqartırma zavodunun açılışını bildirən qırmızı lenti kəsdi.

Baş nazir zavodun ayrı-ayrı sexlərini gəzdi, burada müasir texnologiya əsasında quraşdırılmış avadanlıqla, körpə balıqların yetişdirilməsi üçün xüsusi süni göllərlə və digər sahələrlə yaxından tanış oldu. Ona zavodun istehsal prosesi barədə ətraflı məlumat verildi.

Baş nazir İlham Əliyev zavodun inzibati binasında da oldu, burada yaradılmış gözəl şəraitdən razı qaldığını bildirdi.

Mərasimdə Baş nazirin müavini Abid Şərifov, daxili işlər naziri Ramil Usubov, Prezidentin İcra Aparatının şöbə müdirləri Yusif Hümbətov, Əli Həsənov və digər rəsmi şəxslər iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı