XİN-DƏ GÖRÜŞ
Martın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Hindistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cyoti Svarup Pandeni onun ölkəmizə diplomatik missiyanın yeni başçısı təyin olunması münasibətilə qəbul etmişdir.
Nazirliyin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nazir Vilayət Quliyev səfiri yeni təyinatı ilə təbrik edərək, Hindistan ilə Azərbaycan arasındakı münasibətlərin tarixi və ənənəvi dostluq xarakteri daşıdığını xüsusi vurğulamışdır. Nazir, səfirin bu vəzifədə ikitərəfli əlaqələrin daha geniş sahələrdə inkişafı üçün diplomatik xidmət sahəsindəki təcrübəsindən istifadə edəcəyinə əmin olduğunu bildirmişdir.
Səfir Cyoti Svarup Pande Bakıdakı diplomatik fəaliyyəti dövründə iki ölkə arasında dostluq münasibətlərinin və işgüzar əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə xüsusi diqqət yetirəcəyini söyləmişdir.
Sonra səfir Cyoti Svarup Pande öz etimadnaməsinin surətini nazir Vilayət Quliyevə təqdim etmişdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.