Xırdalanda vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Bakı, 29 mart, AZƏRTAC
Xırdalanda vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ötən il dekabrın 25-də Xırdalan şəhəri ərazisində şəhər sakini Ş.Sərdarovun 430 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Razim Nəsirli polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180-ci (Soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:16]
Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb
- 11.06.2026 [10:47]
Culfada yaşayış binasında yanğın olub
- 11.06.2026 [08:46]
Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib
- 10.06.2026 [22:22]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [18:54]