Xocalı faciəsinin 21-ci ildönümü Qətər Dövlətində qeyd edilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Azərbaycanın Qətər Dövlətindəki səfirliyində anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Qətər Dövlətində akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və təmsilçiləri, yerli KİV-lərin nümayəndələri, bu ölkədə çalışan və yaşayan azərbaycanlılar iştirak etmişlər.
Faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbiri açan səfir Tofiq Abdullayev xalqımızın tarixinə qara hərflərlə yazılmış Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir. Diplomat 1992-ci il fevralın 26-da ermənilərin SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda törətdikləri misli görünməmiş qəddarlıqdan və cinayətlərdən danışmışdır. Səfir demişdir ki, Xocalıda şəhidlik zirvəsinə yüksəlmiş 613 günahsız vətəndaşımızın acı xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayacaqdır. Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında mədəniyyət abidələrimizi məhv etdiklərini diqqətə çatdıran T.Abdullayev ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamışdır.
Sonda Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]