Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Xocalı şikəstəsi”- yurd həsrətli insanların romanı

Bakı, 23 fevral, AZƏRTAC

Ermənilər tərəfindən törədilən Xocalı soyqırımından bizi üç onillik ayırır. Aradan 27 il keçsə də, acı xatirələr hələ də insanlara əzab verir. Ancaq soydaşlarımız silah gücünə tərk etdikləri torpaqlara qayıtmaq ümidlərini bir an belə itirmirlər. Xüsusilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası hər ilin fevral ayında dünyanı silkələyir, bəşəriyyəti haqqın yanında olmağa çağırır. Yazıçı Ulduz Qasımın “Xocalı şikəstəsi” romanı da belə çağırışlardan biridir.

AZƏRTAC xəbər verir ki, fevralın 23-də “Azərkitab”da ədəbi və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Ulduz Qasımın Azərbaycan və türk dillərində çap olunan “Xocalı şikəstəsi” romanının təqdimatı keçirilib.

Tədbirdə “Xocalı şikəstəsi” kitabının redaktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli bildirib ki, Prezident İlham Əliyevin “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 2019-cu il 5 fevral tarixli Sərəncamına əsasən ölkəmizdə müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bugünkü tədbir də bunlardan biridir. O qeyd edib ki, Ulduz Qasım Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib. Ötən əsrin 80-90-cı illərində mətbuatımızda "Ulduz İmanova" imzası ilə publisistik yazıları, kiçik həcmli hekayələri işıq üzü görüb. Sonra isə taleyin hökmü ilə Moskva şəhərinə köçüb. Aradan ötüb keçən 30 il müddətində Ulduz Qasım nə Azərbaycanı, nə gəncliyin və tələbəliyin doğma yuvası Bakını, nə də dünyaya göz açdığı Cəbrayıl rayonunu bir an belə unutmayıb. “Mən aşiqəm Qarabağda”, “Tələbə gündəliyi”, “Qürbət Zöhrəsi”, “Açılmayan sirlər” kimi kitabların müəllifidir. “Qürbət Zöhrəsi” İstanbulda türk dilində də çapdan çıxıb. V.Bəhmənli deyib ki, Ulduz xanım təbiətindəki yenilməz milli qürur hissini, yurda, dilə, valideynlərinə, adət-ənənələrə, İslam inancına bağlılığını qoruyub saxlayıb. Elə bu səbəbdən də “Xocalı şikəstəsi” kimi romanı yaza bilib.

Tənqidçi Elnarə Akimova “Xocalı şikəstəsi” romanının ideya-məzmun xüsusiyyətlərindən danışaraq bildirib ki, Xocalı faciəsi və onun qurbanları haqqında yüzlərlə kitablar nəşr edilib, yerli və xarici mətbuat səhifələrində yazılar dərc olunub. Ulduz Qasımın “Xocalı şikəstəsi” romanı da Xocalı faciəsini və hadisələrin sonrakı inkişafını ümumiləşmiş şəkildə, bədii obrazlar vasitəsilə bir ailənin timsalında dolğunluqla əks etdirən bir əsərdir. Qeyd olunub ki, əsərdə Xocalıda yaşayan bir ailənin başına gətirilən müsibətlərdən bəhs olunur. Ailənin başçısı Fərhad həkim iki ayağını itirir, ananın (Fəridə) gözü qabağında balaca oğlu Fuad ermənilər tərəfindən param-parça edilir. Belə bir vaxtda onlar meşədə anası ermənilərin özləri tərəfindən öldürülmüş körpə erməni uşağına rast gəlirlər. Uşağı götürüb özləri ilə Bakıya gətirirlər. Böyüdüb ali təhsil verirlər. Göründüyü kimi, əsərdə məğlubiyyət var, Xocalı yerlə-yeksan edilib. Ancaq mənəviyyatın xaosu yoxdur. Azərbaycanın mənsub olduğu milli-mənəvi dəyərlərin qələbəsi var. Fəridə ananın ağrısı var, oğlunu itirib, onu unuda bilmir. Fərhad həkim ağrı çəkir, çünki iki ayağını itirib, ailəsini dolandırmaqda çətinlik çəkir. Bu ağrılar birləşib Xocalı ağrısına çevrilir. Yazıçı böyük ustalıqla bunları göstərə bilib.

Milli Məclisin deputatı Tahir Rzayev çıxışında qeyd edib ki, Xocalı haqqında keyfiyyətindən asılı olmayaraq bütün yazılanlar tarixdir. Bu mənada Moskvada yaşaya-yaşaya illərlə zəhmət çəkib düşüncələrini Xocalıdan bəhs edən əsərə çevirmək böyük qəhrəmanlıqdır. O, əsərin təbliğ olunmasının vacibliyini diqqətə çatdırıb.

“Xocalı şikəstəsi” romanını türk dilinə çevirən Azərbaycan ədəbiyyatının yaxın dostu İmdad Avşar tarixi hadisələrin gələcək nəslə, eləcə də dünyaya çatdırılmasında ədəbiyyatın və sənətin rolundan danışıb. Qeyd edib ki, bu baxımdan “Xocalı şikəstəsi” müxtəlif dillərə tərcümə olunmalıdır.

Yaxın tarixi keçmişimizə işıq salan əsərə görə müəllifə minnətdarlığını bildirən Milli Məclisin deputatı Jalə Əliyeva vurğulayıb ki, hələ Xocalı haqqında çox kitablar yazılmalı, xalqımızın başına gətirilən bu müsibətlər ədəbiyyatımızda layiqincə təbliğ olunmalı, gənc nəsil bu faciənin ağrı-acılarını tarixi faktlarla yanaşı, belə əsərlərdən də oxuyub öyrənməlidirlər.

Əslən Xocalıdan olan şair Ələmdar Quluzadə deyib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə xocalılar dərdlərinə yalnız özləri ağlayırdı. Bu gün Azərbaycanın hər yerində Xocalı faciəsi anılır. Bütün azərbaycanlılar Xocalı dərdinin başına toplaşıblar. “Xocalı şikəstəsi” yurd həsrətli insanların romanıdır. Xocalılar onların dərdinə yananları çox sevirlər. Xocalıdan 3 min kilometr aralıda yerləşən Moskvada yuxusuz gecələr hesabına yazdığı bu əsərə görə Ulduz xanıma bütün xocalılar adından təşəkkür edirəm”.

Tədbirdə “Kredo” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Əli Rza Xələfli, şair Əli Mahmud, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan və başqaları kitab haqqında fikirlərini bölüşüb, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, tariximizin təbliği üçün bu əsərin əhəmiyyətli olduğunu vurğulayıblar.

Sonda kitabın müəllifi Ulduz Qasım əsərə verdikləri yüksək dəyərə görə tədbirin iştirakçılarına minnətdarlığını ifadə edib. Xocalı hadisələrinin hər bir azərbaycanlının yaralı yeri olduğunu söyləyən yazıçı romanın real hadisələr əsasında yazıldığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK VİDEO

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir