Xocalı soyqırımı qurbanlarının xatirəsi Füzuli rayonunda silsilə tədbirlərlə anılmışdır
Füzuli, 25 fevral (AZƏRTAC). Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı Füzuli rayonunun idarə və müəssisələrində, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında, qəsəbə və kəndlərində anma mərasimləri, xatirə gecələri keçirilmiş, sərgi və guşələr təşkil olunmuşdur.
AZƏRTAC xəbər verir ki, fevralın 25-də Horadiz şəhər mədəniyyət sarayında faciənin ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə çıxış edənlər erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələri barədə danışmış, baş verənləri bütün bəşəriyyətə, insanlığa qarşı törədilən qanlı cinayət adlandırmışlar. Qeyd olunmuşdur ki, bu qırğın nəticəsində 613 nəfər həlak olmuş, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qocalar idi. Səkkiz ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər əlil olmuşdur. Onlardan 76-sı uşaqlardır. 1275 nəfər girov götürülmüş, 150 nəfər isə itkin düşmüşdür.
Tədbirdə Füzuli Dövlət Dram Teatrı tərəfindən soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]