Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımı türk dünyasına qarşı törədilən qətliamların davamı idi

Xocalı soyqırımı türk dünyasına qarşı törədilən qətliamların davamı idi

Bakı, 25 fevral, AZƏRTAC

XX əsrdə törədilmiş cinayətlər təkcə Azərbaycan hüdudlarını əhatə etməyib, eyni zamanda, böyük bir türk coğrafiyasını da cənginə alıb. Məlumdur ki, bu cinayətlərin baş verməsi 1828-ci ildə Quzey Azərbaycanın, 1864-1895-ci illərdə isə Orta Asiyanın çar Rusiyası tərəfindən işğal edilməsindən sonrakı dövrlərə təsadüf edir. Çar Rusiyası işğalından sonra Azərbaycanda və Türküstan bölgəsində yaradılan hərbi-siyasi idarəçilik sistemi bir tərəfdən min illər boyu davam edən türk dövlətçilik ənənələrinin məhv edilməsinə səbəb olub, digər tərəfdən bu bölgələrdə yaşayan yerli türk əhalinin etnik-mədəni, dini-siyasi durumuna qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə gətirib çıxarıb. XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən siyasi, inqilabi dəyişikliklər, imperiya tərkibində yaşayan türk xalqlarında da milli oyanışa səbəb olub, bu oyanış çar üsul-idarəsinə qarşı milli azadlıq hərəkatına çevrilib. Çar Rusiyası və bu imperiyanın siyasi varisi olan bolşevik Rusiyası türk xalqlarının milli azadlıq hərəkatlarını yatırmaq üçün bir tərəfdən ənənəvi metod olan hərbi-siyasi güc amilindən istifadə edib, digər tərəfdən türk xalqlarına qarşı digər xalqlardan, xüsusilə erməni ünsürlərindən vasitəçi kimi istifadə edib. XIX əsrdən etibarən Azərbaycana, həmçinin Türküstan bölgəsinə köçürülərək yerləşdirilən və türk xalqlarına qarşı hərbi-siyasi alət kimi istifadə olunan ermənilər bir tərəfdən rus imperiyasının şovinist siyasətinin həyata keçirilməsində yaxından iştirak edib, digər tərəfdən də bu imkandan yararlanaraq mifoloji mahiyyət daşıyan “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək təşəbbüsünə cəhd edib. Bu zaman on minlərlə türk və müsəlman əhalisi soyqırımına məruz qalıb. Təsadüfi deyil ki, təkcə 1914-1921-ci illərdə Şimali və Cənubi Azərbaycanda, Anadolu bölgəsində, Türküstan ərazisində yüz minlərlə günahsız türk-müsəlman əhalisi qətlə yetirilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Mübariz Ağalarlı deyib. O qeyd edib ki, XIX əsrin sonları və XX əsrin əvvəllərində, xüsusilə də I Dünya müharibəsi illərində Osmanlı dövlətinə xəyanət edərək Rusiya və digər dövlətlərlə əməkdaşlıq edən ermənilər türk-müsəlman əhaliyə qarşı kütləvi şəkildə cinayətlər törədib, təkcə 1918-1920-ci illərdə Şərqi Anadoluda - Qars, İğdır, Bəyazit, Muş, Van, Ərzurum, Trabzon, Kağızman və s. bölgələrdə on minlərlə dinc, silahsız əhalini məhz türk-müsəlman olduğuna görə amansızlıqla qətlə yetiriblər. Alman səfiri Volff Metternix 1916-cı il 5 mart tarixində Almaniya Xarici İşlər Nazirliyinə Ərzincandan göndərdiyi teleqramda “Bitlisin ruslar tərəfindən işğal edildiyi, erməni qüvvələrinin ətraf bölgədəki müsəlman xalqa qarşı böyük bir qətliam törədərək bölgəni qan gölünə çevirdikləri, məhv edilənlərin 2-3 min nəfərə qədər olduğu haqqında məlumat vermişdi. Məlumdur ki, ermənilər çar Rusiyasının və bolşevik Rusiyasının maddi və hərbi-siyasi dəstəyi ilə Cənubi Qafqazda azərbaycanlılara qarşı da kütləvi qırğınlar və soyqırımı törədib, deportasiyalar həyata keçiriblər. Bu qırğınlar nəticəsində 1905-1920-ci illərdə Şimali Azərbaycanın Qarabağ, Şamaxı, Quba, Lənkəran, İrəvan, Zəngəzur, Naxçıvan və digər bölgələrində, həmçinin Bakı şəhərində yüz minlərlə insan məhv edilib. 1917-1918-ci illərdə erməni daşnak hərbi birləşmələri silsilə cinayətlərini davam etdirərək, aysorlarla birlikdə Cənubi Azərbaycanda - Urmiya, Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində də kütləvi qırğınlar törədiblər. 1917-1918-ci illəri əhatə edən bu hadisələr zamanı erməni daşnakları tərəfindən 190 minə yaxın Cənubi Azərbaycan türkünün qətlə yetirildiyi təxmin edilir. XX əsr boyu türk dünyasını öz cənginə alan və yüz minlərlə günahsız türkün qətlinə səbəb olan bu qırğınlar Türküstan bölgəsində də öz acı izlərini buraxıb. Çar Rusiyası dövründə kütləvi qətliama məruz qalan türk xalqlarından biri də qırğız türkləri olub. 1916-cı ildə çar Rusiyası tərəfindən məcburi surətdə hərbi səfərbərliyə alınan qırğız türklərinin etirazları zamanı baş verən qırğınlarda ruslar kütləvi şəkildə dinc əhalini qətlə yetirib. “Ürkün qətliamı” adı ilə tarixə düşən bu faciədə 100 min nəfər qırğız türkü çar Rusiyası tərəfindən soyqırımına məruz qalıb, 332 min qırğız türkü Çinin Uyğur vilayətinə pənah aparıb. 1917-ci ildə Rusiyada Müvəqqəti hökumətin başçısı olmuş Aleksandr Kerenski üsyanın yatırılmasını belə təsvir etmişdi: “Cəza dəstələri 14 hərbi alaydan, piyadalardan, süvari və 44 topçudan ibarət idi. Kəndlərdə rus hərbçilərinin qarşısına çıxan bütün insanlar, yaş və cinsinə fərq qoyulmadan, qundaqdakı körpələr, qocalar, yaşlı qadınlar da daxil olmaqla qəddarcasına məhv edilmişdi”.

Statistik məlumatlara görə, bu dövrdə 900 min nəfər sayı olan qırğızların 44,4 faizi qətl və sürgünlərə məruz qalıb. Qırğız bölgələrinə planlı şəkildə ruslar və qeyri-müsəlmanlar yerləşdirilmişdi. Bu da demoqrafik vəziyyətin rusların xeyrinə ciddi şəkildə dəyişməsinə səbəb olmuşdu. Bu dövrdə Türküstan bölgəsində rus-ermənilər tərəfindən törədilən qətliamlar Özbəkistan ərazilərini də öz cənginə almışdı. Rəsmi arxiv sənədlərindəki məlumatlara görə, rus-ermənilər tərəfindən 1918-1919-cu illərdə Fərqanə vadisində 180 yaşayış məntəqəsi əhalisi ilə birlikdə yandırılıb, Kokandda 10 min, Mərgilanda 7 min, Əndicanda 6 min, Namanqanda 2 min, Bazarkurqanda 4 min 500, Oşda 2 min, Çustda 1500 insan vəhşicəsinə qətlə yetirilib, rus-daşnak ünsürlər törətdikləri cinayətin izini itirmək üçün bir çox hallarda meyitləri belə yandırıblar. Üç ay ərzində Fərqanə vadisində erməni daşnakları tərəfindən 35 min özbək türkü qətlə yetirilib. Xüsusi olaraq qeyd edək ki, 10 il davam edən bolşevik terroru nəticəsində Türküstanda 1 milyon 700 min nəfər günahsız insan vəhşicəsinə məhv edilib. Törədilən bu cinayətlər qazax türklərindən də yan keçməyib. 1927-1933-cü illərdə bolşevik hakimiyyəti tərəfindən mal-mülkləri əlindən alınaraq aclığa məhkum edilən qazax türklərinin kütləvi şəkildə məhvi prosesi də baş vermişdi. Arxiv sənədlərinə görə, 1927-1933-cü illərdə acından və kütləvi repressiyalardan ölən qazax türklərinin sayı 2 milyon 300 min nəfərə çatıb. Bu dövrdə məhv edilən qazax əhalisi ümumi Qazaxıstan əhalisinin 54 faizinə bərabər idi. Qazaxıstanda bu cinayətlərin törədilməsində 1925-1929-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi olan, azərbaycanlıların qatili ləqəbi ilə tanınan Levon Mirzoyanın xüsusi xidmətləri olub. 1933-cü ildə Qazaxıstan vilayət partiya komitəsinin birinci katibi, 1937-ci ildə isə Qazaxıstan KP MK-nın birinci katibi olan bu erməni cəlladı təkcə 1937-38-ci illərdə 25 min nəfər qazax ziyalısını güllələdib, 110 min qazax türkünü isə sürgün etdirib. Ümumilikdə dövrün arxiv sənədlərinə istinad edərək bu qənaətə gəlmək olur ki, 1905-1930-cu illərdə çar və bolşevik Rusiyasının işğalında olan türk xalqlarının yaşadığı coğrafiyada ən azı 5 milyon nəfər günahsız türk-müsəlman əhalisi rus-bolşevik və erməni vəhşiləri tərəfindən vəhşicəsinə qətlə yetirilib. XX əsrin sonlarına doğru sovet imperiyasına qarşı baş qaldıran milli azadlıq hərəkatı zamanı türk respublikalarında həyata keçirilən repressiya tədbirləri, qətl hadisələri, xüsusilə də XX əsrin sonlarının ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı rus-erməni birliyinin planlı siyasətinin məntiqi davamı idi.

1992-ci il fevralın 26-na keçən gecə Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan və Xankəndində yerləşən 366-cı rus motoatıcı alayın - mayor Seyran Ohanyanın komandanlığı altındakı 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonu, 1 saylı batalyonun qərargah rəisi Şitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşikinin iştirakı ilə Xocalı şəhərinə vəhşicəsinə hücum təşkil edilərək soyqırımı cinayəti həyata keçirildi. Bu qırğının nəticəsində 613 nəfər həlak oldu. Qətl edilənlər 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Bu qırğınlar nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər isə yaralanıb. Xocalı soyqırımı da daxil olmaqla bir əsr boyu türk dünyasına qarşı həyata keçirilən bu soyqırımlarının cinayətkar tərəfi rus-erməni birliyi və onların strateji maraqları olub. Bu cinayətlərin törədilməsində erməni faşistləri və onların hərbi-siyasi qurumları ilə yanaşı, çar və bolşevik Rusiyası bərabər şəkildə hüquqi və siyasi məsuliyyət daşıyır. Türk dünyası heç zaman Quzey və Güney Azərbaycanda, Anadoluda, Qırğızıstanda, Fərqanədə və Qazaxıstanda törədilən soyqırımları unutmamalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı