Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımı xarici KİV-lərin diqqət mərkəzində

Xocalı soyqırımı xarici KİV-lərin diqqət mərkəzində

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar dünyanın müxtəlif ölkələrinin aparıcı KİV-lərində məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalələrdə həmin qanlı gecədə baş verən vəhşiliklər, erməni faşistlərinin günahsız insanları uşaq, qoca, qadın demədən xüsusi amansızlıqla qətlə yetirmələrinə dair məlumatlar, fotolar oxucuların diqqətinə çatdırılıb.

Nüfuzlu “The Geopolitics” nəşrinin saytında yayımlanan “Xocalı soyqırımını anarkən: Müasir tarixin ən qanlı soyqırımlarından biri” sərlövhəli məqalədə ağır artilleriya, pulemyot və qumbaraatanlarla silahlanmış Ermənistan qoşunlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə qanlı hücumu nəticəsində azərbaycanlı mülki şəxslərin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın qətlə yetirildiyi bildirilib. Qeyd olunub ki, bu qanlı hücum nəticəsində 487 nəfər ağır yaralanıb, 150 nəfərin taleyi barədə indiyədək heç bir məlumat yoxdur. Xüsusi vurğulanıb ki, əhalinin tamamilə məhv edilməsi üçün hücum zamanı şəhərin mühüm infrastruktur obyektləri də hədəfə alınıb.

Məqalədə diqqətə çatdırılıb ki, Xocalı soyqırımı Azərbaycan xalqı və geniş beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanıb. BMT, Avropa İttifaqı, ATƏT və digər beynəlxalq təşkilatlar bu cinayəti soyqırımı kimi tanıyan qətnamələr qəbul edib.

“Xocalı qətliamı müharibə və münaqişələrin dağıdıcı nəticələrini və insanların həyatı bahasına başa gəldiyini açıq şəkildə xatırladır. Mülki əhalinin müharibə dəhşətlərindən qorunması və insan hüquqlarının pozulması hallarına görə məsuliyyət daşınması vacibdir. Xocalıya ədalət mütləqdir və bu soyqırımını törədənlər öz əməllərinə görə ədalət mühakiməsi qarşısında cavab verməlidirlər”, - deyə məqalədə vurğulanıb.

İtaliyanın nüfuzlu “İl Sole24Ore” televiziya kanalı da Xocalı faciəsinin 31-cü ildönümünə geniş yer ayırıb. Məqalədə Xocalı soyqırımı barədə məlumat verilib, 613 günahsız insanın erməni hərbi birləşmələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi bildirilib. Məlumatda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə anım mərasiminin keçirildiyi qeyd olunub, həmin tədbirdən görüntülər təqdim edilib.

Pakistanda yayımlanan “Daily Times” qəzetində dərc olunan məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən söz açılıb, Ermənistan ordusunun Xocalı şəhərində günahsız insanları xüsusi amansızlıqla qətlə yetirməsi barədə məlumat verilib: “31 il əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı şəhərində ağır qətliam törədilib. Bu faciə zamanı 613 günahsız insan, o cümlədən uşaqlar və qadınlar erməni silahlı birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirilib, yüzlərlə insan girov götürülüb. Erməni cəlladları yeddi mindən çox insanı bir gecədə doğma evlərindən zorla qovub çıxarıblar”.

Yazıda qeyd olunub ki, bu faciə zamanı Ermənistan silahlı qüvvələri bəşəriyyət üçün qara ləkə olaraq qalan misilsiz vəhşiliklər törətdilər. Keçmişdə soyqırımı və kütləvi qırğınlar törətmiş qəddar və zalım insanların hekayələri çox olub. Ermənistanın törətdiyi Xocalı soyqırımı da onlardan biridir. Günahsız uşaqları, qadınları, qocaları amansızcasına öldürənlərə insan demək olmaz. Onlar törətdikləri cinayətlərə görə ədalət mühakiməsi qarşısında cavab verməlidirlər.

Məqalədə Vətən müharibəsində Ermənistan silahlı qüvvələrini darmadağın edərək torpaqlarını işğaldan azad edən Azərbaycan Ordusunun şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının da qisasını aldığı vurğulanıb.

Hindistanın “amarujala.com” saytında yer alan məqalədə bildirilib ki, Xocalı soyqırımı bəşər tarixində ən qanlı və amansız cinayətlərdən biridir. Yeddi min nəfərə yaxın əhalisi olan şəhər bir gecədə yerlə-yeksan edilib. Ermənilər beynəlxalq humanitar hüquqa və müvafiq konvensiyalara məhəl qoymayaraq, 613 mülki şəxsi, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanı xüsusi amansızlıqla qətlə yetiriblər. Bu qırğında 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq valideynlərindən birini itirib. Qətliam nəticəsində 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb ki, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.

Məqalədə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinin təşkil etdiyi anım tədbiri barədə də məlumat verilib.

Türkiyənin Anadolu agentliyində yayımlanan “İnsanlıq tarixinin qara ləkəsi: Xocalı soyqırımı” sərlövhəli məqalədə bildirilib ki, Azərbaycan xalqı erməni hərbi birləşmələrinin 1992-ci il fevralın 26-da Xocalıda qadın, uşaq və qoca demədən törətdiyi qətliamın qurbanlarının xatirəsini yad edir. Faciəsi ilə bağlı faktların təqdim olunduğu məqalədə vurğulanıb: “Xocalı soyqırımından 31 il ötür, ancaq faciənin kədəri bu gün də azərbaycanlıların qəlbini göynədir. Azərbaycan xalqı Ordusunun 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən sonra artıq üç ildir ki, şəhidlərinin xatirəsini qalib xalq kimi anırlar. İnsanlıq tarixinə qara ləkə kimi yazılan bu soyqırımı heç vaxt unudulmasa da, işğal altındakı torpaqların azad edilməsi Azərbaycan xalqı üçün təsəlli oldu. İndi azərbaycanlıların yeganə istəyi Xocalı qətliamını törədənlərin mühakimə olunması və ədalətin təmin edilməsidir”.

Məqalədə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Azərbaycan dövlətinin ardıcıl fəaliyyətindən və görülən işlər nəticəsində bir neçə ölkənin və nüfuzlu beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etdiyi bildirilib.

Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı qardaş ölkənin “HaberGlobal”, “Türkiye”, “Akşam”, “Sondakika.com”, “haber7.com” və digər KİV-lərində də məqalələr dərc olunub, faciənin dəhşətlərini əks etdirən foto və video görüntülərə yer verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

BDU-nun magistrantları Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH