Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalılı məcburi köçkünlər faciə qurbanlarının Ağdamda dəfn olunduqları xiyabanı ziyarət ediblər

Ağdam, 24 fevral, Gülay Nəzərova, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindəndir. Düşmənin xain hücumu nəticəsində təkcə bir gecədə 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirildi, 76-sı uşaq olmaqla 487 nəfər ağır yaralandı, 1275 nəfər girov götürüldü və işgəncələrə məruz qaldı, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edildi.

Həmin gün üç tərəfdən hücuma məruz qalan şəhər əhalisinin yeganə çıxış yolu yalnız Ağdam istiqamətindəki qarlı meşə yolu idi. Həmin istiqamətdə qaçıb xilas olmağa çalışan xocalılılar burada ermənilərin pusqusuna düşdülər. Qarlı, şaxtalı qış gecəsində xilas olmaq üçün meşələrdə, çöllərdə pərən-pərən olan insanlar amansızlıqla qətlə yetirildi. O müdhiş gecədən sağ çıxa bilən Xocalı sakinləri Ağdam şəhərindəki Cümə məscidinin qarşısında doğmalarından, qohum-əqrəbalarından xəbər almaq üçün gözləyirdilər. Ağdamın Cümə məscidinə gətirilən yüzdən artıq Xocalı şəhidi buradakı Şəhidlər xiyabanında və “Uzundərə” qəbiristanlığında dəfn edildi.

Bəşər tarixinin ən dəhşətli soyqırımına məruz qalan Xocalı sakinləri otuz ilə yaxın müddətdə doğma torpaq həsrəti ilə yanaşı, işğal altında qalan ərazilərdə dəfn edilmiş qohum-əqrəbalarının məzarlarını ziyarət etmək üçün də gözləyirdilər. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması xocalılıların da Ağdama gələrək yaxınlarının, doğmalarının məzarlarını ziyarət etməsinə imkan yaratdı.

AZƏRTAC xəbər verir ki, Goranboyda məskunlaşmış Xocalı sakinləri və şəhid ailələrinin üzvləri bu qanlı faciəsinin 31-ci ildönümü ərəfəsində fevralın 24-də Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağdam şəhərinə səfər edərək, soyqırımı qurbanlarının vaxtilə dəfn olunduğu xiyabanı ziyarət ediblər.

Xocalı sakinləri üçün Ağdam çox doğma, əziz və müqəddəsdir. Çünki Ağdam torpağında yüzlərlə Xocalı şəhidi uyuyur.

Ziyarətçilər şəhidlərimizin ruhlarına dualar oxudular. Onların burada dəfn edilmiş şəhidlərimizin və Kətik dağında, Xocalı çöllərində məzarsız qalmış şəhidlərimizin ruhlarına bu qədər yaxın olduqları üçün həm hüznlənir, həm də sevinirdilər.

Dağıdılan qəbirləri tanımaq olduqca çətindir. Bəziləri tam əmin olmasa da, doğmalarının dəfn edildiyi qəbirləri aydınlaşdıra bildilər. Ancaq qəbirlərin yerlərini xatırlaya və tanıya bilməyənlər də oldu. Onların gözləri yenə də ümid axtarışında idi. Amma yenə də hiss olunurdu ki, buradakı bütün qəbirlər hamıya doğma və əzizdir. Xocalı sakinlərinin gözlərindəki kədəri hiss etməmək qeyri-mümkün idi.

Ermənilərin törətdikləri vəhşilik məhz soyqırımı aktıdır və bunu həmin qanlı günlərin şahidləri də açıq-aydın bildirirlər.

Xocalı sakini Nəzakət Salmanovanın anası, bacısı və bacısının övladı həmin qanlı gecədə qətlə yetiriliblər. O, bir qardaşından hələ də xəbər olmadığını bildirərək deyib: “Digər qardaşım əsir düşdü, onu 40 gündən sonra azad edə bildik. Mən buraya gəlmək istədim ki, bəlkə yaxınlarımdan, qohumlarımdan bir iz taparam. Çox çətindir, yaramız sanki gündən-günə təzələnir”.

Allahverdi Rəhimov isə həmin gün bacıları ilə birlikdə Xocalıya gəldiyini, Milli Qəhrəman Aqil Quliyevi yaralı vəziyyətdə Xocalıdan çıxardığını qeyd edib. “Yenidən bacılarımı axtarmaq üçün Xocalıya qayıtdım. Ailəmi, övladımı qayınatama tapşırmışdım, gedib onları tapdım. Qayıdarkən ermənilər yeznəmi, onun 4 yaşlı qızını vurdular. Bir az yol getdikdən sonra isə bacımı vurdular. Biz həmin günləri yaddan çıxara bilmərik. Burada sevdiklərimizin məzarlarını axtarırıq”, - deyə o, diqqətə çatdırıb.

Xocalı soyqırımının şahidi Ələsgər Məmişov həmin vaxtlar Ağdamda yaşadığını, bacısının və qardaşının isə Xocalıda olduqlarını qeyd edib: “Bizə xəbər çatdı ki, ermənilər Xocalı sakinlərinə qarşı soyqırımı törədiblər. Mən oraya gələndə qardaşım, bacım və onların övladları yaralı idilər. Bacım Cahan vəfat etmişdi. Onun böyük oğlu bacımın yerini bildiyini dedi və biz onun cəsədini götürdük. Artıq torpaqlarımız işğaldan azad olunub. Bu günləri bizə yaşatdığına görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

Həmin qanlı gecənin şahidi Nəzakət Quliyeva o günləri belə xatırlayıb: “Həmin gecə Xocalı dörd tərəfdən atəşə tutuldu, əzizlərimdən, doğmalarımdan ayrı düşdüm, onları itirdim. Qardaşım, həyat yoldaşım itkin düşdü, bacım Zöhrə Quliyeva faciə zamanı qəhrəmancasına döyüşərək şəhid oldu. İnsanların səs-küyündən, fəryadından qulaq tutulurdu. Hər yerdə başı kəsilmiş insanlar, amansızca qətlə yetirilmiş qadınlar, körpələr, cavanların dərisi soyulmuş cəsədləri vardı”.

Xocalıda şəhid olmuş övladının məzarını axtaran Elmira Həsənova yeganə istəyinin onun məzarını tapmaq olduğunu söyləyib. Lakin Elmira xanım burada dağıdılmış məzarlar arasında da öz övladının qəbrini tapa bilmədi.

Gülabə Ağayeva həmin qanlı gecədə insanların ayaqyalın meşə ilə qaçaraq həyatlarını xilas etməyə çalışdıqlarını deyib: “Meşədən açıqlığa çıxdığımız anda arxadan bir erməni “Getməyin, haraya gedirsiniz, heç nə yoxdur” dedi. Onların məqsədi bizi öldürmək idi. Həyat yoldaşım dedi ki, geri qayıtmayın, yalan danışırlar. Sonra bizi atəşə tutdular. Xocalının haqqı, harayı heç bir yerə yetməz”.

Ağdamda valideynlərinin məzarını tapan Xocalı şahidi Yaqut Əliyeva hisslərini bölüşərək deyib: “Həmin gecə tale bizi xilas etdi. Valideynlərim kiçik qardaşımla Xocalıda qaldılar. Qanlı gecədən bir həftə sonra onların cəsədləri tapıldı. Ailəmizdə altı övladdan dörd nəfər həyatda qalmışıq. Xocalı elə bir müsibət yaşadı ki, sanki yer-göy qan ağlayırdı”.

Firudin Əliyev Xocalı faciəsindən bir neçə gün əvvəl əməliyyat edildiyini, vəziyyətinin ağır olduğunu bildirib: “Fevralın 19-da əməliyyat olunmuşdum. Səhhətim ağır olduğu üçün məni buraxıb getmələrini istədim. Lakin məni də meşəyə kimi apardılar. Həmin gecə uşaqların, qadınların harayı indi də qulaqlarımdan getmir”.

Səadət Şükürova isə qardaşı Vaqifin məzarını tapdı. Onun anası və qardaşı həmin qanlı gecədə itkin düşüblər. O, ümidlə yaşadığını, bir gün onlardan xəbər alacağına ümid etdiyini deyib.

Bu ziyarət zamanı Xocalı sakinləri qeyrət rəmzi olan doğma şəhərlərinə qayıdacaqlarına inamlarının daha da artdığını bildirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tarixçi alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb