XOŞBƏXT O İNSANDIR Kİ, ONUN HAQQINDA KİÇİKDƏN BÖYÜYƏDƏK HAMI XOŞ SÖZLƏR SÖYLƏYİR
AZƏRTAC xəbər verir ki, bu fikir mayın 6-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar Lənkəran Dövlət Dram Teatrında keçirilən beynəlxalq elmi konfransda səslənmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkında müdrik rəhbərimizin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, teatrın foyesində rayon məktəblilərinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Toplantıda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək dünya şöhrətli siyasətçi, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışmış, böyük rəhbərin siyasi kursunun ölkəmizin başçısı tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Konfransda Moskva Dövlət Universitetinin professoru Georgi Alekseyev «Heydər Əliyev Sovet dövlətinin dahi rəhbərlərindən biri kimi», Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərov «Heydər Əliyev və Azərbaycanda müstəqil dövlətçiliyin təşəkkülü», BDU-nun tarix fakültəsinin dekanı, professor Sanı Hacıyev «Heydər Əliyev Azərbaycan tarixinin öyrənilməsində yeni yanaşmanın banisi kimi», Türk Tarix Qurumunun üzvü, professor Olqun Ergün «Heydər Əliyev türk dünyasının dahi dövlət xadimi kimi», Moskva Dövlət Universitetinin professoru İsmayıl Ağakişiyev «Müstəqil Azərbaycan və Rusiya münasibətlərinin inkişafında Heydər Əliyevin rolu» və BDU-nun dosenti, filologiya elmləri namizədi Yeganə İsmayılova «Heydər Əliyev və Azərbaycan qadını» mövzularında məruzələrlə çıxış etmişlər.