“Xoşbəxtliyiniz yarım qalmasın” layihəsinin növbəti görüşü keçirilib
Bakı, 4 may, AZƏRTAC
“ASAN xidmət” mərkəzlərinin könüllüləri ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) mütəxəssislərinin İİV və QİÇS ilə bağlı maarifləndirici görüşü olub. Görüş “ASAN xidmət”, RMDM və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilirən “Xoşbəxtliyiniz yarım qalmasın” layihəsi çərçivəsində baş tutub.
AZƏRTAC xəbər verir ki, tədbirdə bu xəstəliyin yaranma səbəbləri, əlamətləri, onunla mübarizə üsulları barəsində təqdimatlar edilib.
Qeyd edək ki, layihə çərçivəsində gənclərin cinsi və digər yollarla keçən infeksion, həmçinin qan xəstəlikləri barədə maarifləndirilməsi məqsədilə bu cür görüşlərin ardıcıl olaraq keçirilməsi nəzərdə tutulur.