Xristofor Kolumbun məktubu hərracda 3,92 milyon dollara satılıb
Roma, 20 oktyabr, AZƏRTAC
İtaliyalı məşhur səyyah Xristofor Kolumbun yazdığı məktub hərracda 3,92 milyon dollara satılıb.
AZƏRTAC xəbər verir ki, “Christie's” hərrac evində satışa çıxarılan “Yeni kəşf edilmiş adalar” adlı məktubda Kolumb Amerikaya ilk səyahətindən sonra kəşfləri və “Hind adaları”nda tanış olduğu insanlar haqqında danışır. Kolumbun 1493-cü ildə yazdığı, İspaniya Kralı II Ferdinand və Kraliça İzabellaya ünvanladığı “Kolumbun məktubu” adlandırılan məktub səkkiz səhifədən ibarətdir. Bu, “Kolumbun məktubu”nun yeganə mövcud nüsxəsi deyil və oxşar nüsxə hazırda Nyu-York Kitabxanasında qorunur. Lakin o, indiyə qədər şəxsi əllərdə qalan nüsxələrdən biri hesab olunur.
Məktubun saxta və ya oğurluq olmadığını yoxlamaq üçün araşdırmalar aparılır.
Qeyd edək ki, Toskana əyalətinin Markiana qəsəbəsindən oğurlanmış və Dallas kolleksiyaçısının əlinə keçən məktubun başqa bir versiyası iyul ayında İtaliyaya geri qaytarılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:44]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:04]