“YADDAN ÇIXMAZ QARABAĞ” İNCƏSƏNƏT HƏFTƏSİ ÇƏRÇİVƏSİNDƏ “XƏCALƏT” TAMAŞASI GÖSTƏRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən ənənəvi “Yaddan çıxmaz Qarabağ” ümumrespublika mədəni-siyasi aksiya - incəsənət həftəsi çərçivəsində “Xəcalət” tamaşası göstəriləcəkdir.
Hüseynbala Mirələmovun “Xəcalət” əsəri əsasında rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı bu tamaşa oktyabrın 6-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təqdim olunacaqdır.
Əsas rollarda xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Ələsgər Məmmədov və başqaları çıxış edəcəklər.
Tamaşanın rəssamı, əməkdar rəssam İsmayıl Məmmədov, musiqisi Siyavuş Kəriminindir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:23]
“Vətənimdir Azərbaycan!” layihəsi Şamaxıda
- 19.06.2026 [10:42]
Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani
- 19.06.2026 [09:00]