Yanvar-aprel aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb
Bakı, 13 iyun, AZƏRTAC
Bu ilin yanvar-aprel aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin 4 ayında ötən ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə idxalı 14,6 faiz, bitki yağları 17,4 faiz, kərə yağı, digər süd yağları və pastaları 30,1 faiz, çay 4,3 faiz, mal əti 21,7 faiz, təzə tərəvəz 20,5 faiz, minik avtomobilləri 50,8 faiz, dərman vasitələri 1,7 dəfə, polad prokatı 52,3 faiz, qara metallardan çubuqlar 48,2 faiz, mineral gübrələr 3 faiz, hesablama maşınları, blok və qurğuları 32,8 faiz, yük avtomobilləri 7,6 faiz, polietilen 1,2 faiz, paltaryuyan maşınlar 5,1 faiz, avtobuslar 30,2 faiz, sement və sement klinkerləri 8,5 faiz, məişət soyuducuları 19,4 faiz artıb.
Buğda idxalı isə 46,1 faiz, kartof 2,7 faiz, xam şəkər və şəkər 51,2 faiz, quş əti və onun əlavə məhsulları 12,7 faiz, siqaretlər 77,6 faiz, qara metallardan borular 10,5 faiz, rezin şinlər 9,5 faiz, mebellər 10,1 faiz, qara metallardan künclüklər 2,4 faiz, məişət kondisionerləri 62,5 faiz azalıb.
Yanvar-aprel aylarında keçən ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 17,2 faiz, şəkər 10,9 faiz, bitki yağları 2 dəfə, kartof 33,3 faiz, çay 17,8 faiz, meyvə və tərəvəz konservləri 6,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 1,8 dəfə, polietilen 33,3 faiz, qara metallardan borular 1,6 dəfə artıb.
Təzə meyvə ixracı isə 32,8 faiz, meyvə və tərəvəz şirələri 4 faiz, tütün 27,8 faiz, təbii üzüm şərabları və üzüm suslosu 62,7 faiz, pambıq lifi - 22,8 faiz, pambıq ipliyi 2,1 faiz, emal olunmamış alüminium 23,5 faiz, bentonit gili 18,6 faiz azalıb.