İQTİSADİYYAT
Yanvar-oktyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 3,8 faiz artıb
Bakı, 18 noyabr, AZƏRTAC
2016-cı ilin yanvar-oktyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1302,9 milyon manatlıq xidmət göstərib ki, onun da 72,6 faizi əhali tərəfindən istehlak olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 3,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 52,2 faizi və ya 680,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.