Yaponiya gimnastı Kuqa Kamiyama Bakıda birinci olub
Bakı, 28 noyabr, AZƏRTAC
Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarında Yaponiya təmsilçisi Kuqa Kamiyama birinci olub.
AZƏRTAC xəbər verir ki, 11-12 yaş qrupunda oğlanlar arasında batut gimnastikası yarışlarının finalında K.Kamiyamanın çıxışı hakimlər tərəfindən 53,325 xalla qiymətləndirilib.
İlk üçlüyü Belarus gimnastları - Bajen Silin (53,210 xal) və Elizar Qusev (53,065 xal) tamamlayıblar.
Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.
Milli Gimnastika Arenasında keçirilən yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır.