YAPONİYA HÖKUMƏTİ AZƏRBAYCAN FERMERLƏRİNƏ 350 MİLYON İYEN MƏBLƏĞİNDƏ QRANT AYIRMIŞDIR
Bakı, 30 noyabr (AZƏRTAC). Yaponiya hökuməti Azərbaycan fermerlərinə 350 milyon iyen (3.398 milyon ABŞ dolları) məbləğində qrant ayırmışdır.
Yanvarın 30-da Kənd Təsərrüfatı Nazirliyində notalar mübadiləsi olmuş, müvafiq müqavilə imzalanmışdır. Sənədləri kənd təsərrüfatı naziri İsmət Abasov, Yaponiyanın ölkəmizdəki səfiri Masamitsu Oki və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi Özbəkistan ofisinin rəhbəri Eciri Yukihiko imzalamışlar.
İsmət Abasov qeyd etmişdir ki, ayrılan vəsait lazımi kənd təsərrüfatı texnikasının alınmasına sərf olunacaqdır. Nazir məlumat vermişdir ki, Yaponiya Hökumətinin 2KR proqramı çərçivəsində ölkəmizə gübrə idxalı və lazımi kənd təsərrüfatı avadanlığının alınması üçün maliyyə yardımı göstərilir. Aztəminatlı fermerlərə dəstək xarakteri daşıyan bu proqram vasitəsilə əldə olunan gəlir isə tərəfdaşlıq fondunda yığılaraq ölkədə yoxsulluğun azaldılması kimi layihələrdə istifadə olunacaqdır. 1998-ci ildən indiyədək Yaponiya Hökuməti ölkəmizdə ümumi məbləği təxminən 27 milyon ABŞ dolları olan 8 Qrant Yardımı layihəsi reallaşdırmışdır.
Səfir Masamitsu Oki ayrılmış vəsaitin Azərbaycanın aqrar sahəsinin inkişafına təkan verəcəyinə əmin olduğunu bildirmiş və ökələrimiz arasında əməkdaşlığın daha da dərinləşəcəyinə inandığını vurğulamışdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]