Yaponiya Senkaku adalarının xəritəsinə görə Çinə etirazını bildirib
Tokio, 27 aprel, AZƏRTAC
Yaponiya hökuməti Şərqi Çin dənizində yerləşən Senkaku adalarının topoqrafik xəritələrinin nəşrinə görə Çinə etirazını bildirib.
AZƏRTAC Yaponiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu barədə etiraz qarşı tərəfə Çinin Təbii Ehtiyatlar Nazirliyi aprelin 26-da həmin xəritələri öz veb-saytında yerləşdirdikdən sonra Tokio və Pekindəki diplomatik kanallar vasitəsilə çatdırılıb.
Çin nazirliyi bildirib ki, həmin xəritələr süni peyk vasitəsilə aparılan çəkilişlər və digər tədqiqatlardan sonra hazırlanıb. Saytdakı doqquz görüntüdə Senkaku adalar qrupuna daxil olan Uotsuri, Kitakocima və Minamikocima adalarının topoqrafiyası əksini tapıb.
Qeyd edək ki, hazırda həmin adalar Yaponiyanın nəzarəti altındadır, lakin Çin və Tayvan da bu adalara iddialıdır. Yaponiya hökumətinin mövqeyinə görə, həmin adalar həm tarixi, həm də beynəlxalq hüquqa əsasən ölkənin ayrılmaz tərkib hissəsinə daxildir. Çin tərəfi də son vaxtlar bu adalar yaxınlığında gəmilərinin fəallığını artırıb.
Mütəxəssislərin rəyinə görə, xəritələrin hökumət saytında yerləşdirilməsi Çinin bu adalara hüququnu təsdiq etmək məqsədi daşıyır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]