Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiya və Azərbaycanı birləşdirən tarixi məqamlar:Əfsanəvi kəşfiyyatçı Rixard Zorge (IV hissə)

Tokio, 11 noyabr, AZƏRTAC

Tokioda əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin adı ilə bağlı olan digər yer İkebukuro rayonudur. Məşhur kəşfiyyatçı ömrünün son üç ilini vaxtilə məhz bu rayonda yerləşmiş Suqamo həbsxanasında keçirmişdi.

R.Zorge ən yüksək cəzaya hazır olduğunu dəfələrlə bildirmiş, verilən işgəncələrə baxmayaraq, nə öz məlumat mənbələrinin, nə də sevimli qadınların adını çəkməmiş, ömrünü ölüm kamerasında başa vurmuşdu.

Yaponiya paytaxtının ən görməli yerlərindən biri olan İkebukuro rayonu hazırda əcnəbi turistləri burada yerləşən 60 mərtəbəli “Sunshine City” göydələni ilə cəlb edir. 2018-ci ildə bu 240 metr hündürlüyündə bina özünün 40 illik yubileyini qeyd edib. Buraya dəstə-dəstə gələn turistlərin sayı hər il dayanmadan artır.

Metronun “İkebukuro” stansiyası tərəfdən gələndə həmin göydələnin arxasında sıx yaşıllıqlarla əhatələnmiş parkı görmək olar. Buraya yaxınlıqdakı ticarət məhəlləsinin səs-küyü demək olar ki, gəlib çatmır. Ətrafdakı ofislərdə çalışan əməkdaşlar böyük məmnuniyyətlə buraya nahara gəlirlər.

Müharibəyə qədər “Sunshine City” göydələninin yerində müxtəlif cinayətlərdə şübhəli bilinənlərin saxlanıldığı Suqamo həbsxanası yerləşib. Onların arasında həm siyasi cinayətkarlar, həm də ictimai sabitlik haqqında qanunu pozanlar vardı. Barəsində ölüm hökmü çıxarılan şəxslərin kameraları, o cümlədən R.Zorge və onun informatoru olmuş Hotsumi Ozakinin saxlandığı kameralar həmin həbsxananın şimal-qərbində yerləşirdi. Müharibədən sonra bu həbsxana ABŞ qoşunlarının nəzarətinə keçmiş və burada hərbi cinayətkarlar saxlandığına görə çox məşhurlaşmışdı. Burada Yaponiyanın keçmiş Baş naziri olmuş Tozyo Hideki də daxil olmaqla A sinfindən olan yeddi hərbi cinayətkar edam olunmuşdu. Yaponiyada hazırkı dövrdə çox az adam Hiqaşi-İkebukuro parkının məhz ölüm hökmünün icra edildiyi ərazidə yerləşdiyini xatırlayır.

Qeyd etdiyim kimi, R.Zorge ömrünün son üç ilini məhz bu həbsxanadakı birnəfərlik, dar kamerada keçirmişdi. Əfsanəvi kəşfiyyatçı əvvəlcə kəşfiyyat fəaliyyəti barədə hər şeyi inkar etsə də, təqdim edilən dəlillərdən, xüsusən Sovet İttifaqına məlumatların göndərilməsi üçün istifadə edilə radioötürücüdən sonra casus qrupu üzvlərinin artıq həbs edildiklərini və onların ifadələr verməyə başladıqlarını anlayır. Qrup üzvlərinə verilən işgəncələri isə R.Zorge öz təcrübəsində çox yaxşı bilirdi.

R.Zorge məhz həbsi ərəfəsində Kremlə Yaponiyanın SSRİ-yə hücum etməyəcəyi barədə təcili teleqram da göndərmişdi. Bununla öz missiyasının başa çatması qənaətinə gələn qəhrəman kəşfiyyatçı həbs edildikdən sonra onu nə gözlədiyini çox yaxşı anlayırdı. Buna görə də məxfi polisdən və siyasi işlər üzrə müstəntiqdən istintaqın gedişini sürətləndirməyi və tezliklə qərar çıxarılmasını xahiş etmişdi. Bununla o, Yaponiya militarizminə qarşı çıxan agentura şəbəkəsinin üzvlərini öz həyatı bahasına xilas etməyə çalışırdı. Onun bu niyyəti Tokio rayon məhkəməsində keçirilən ilk dinləmələrdə də hiss olunmuşdu. “Mən istənilən cəzaya hazıram, lakin yaponları xilas etməyinizi xahiş edirəm”, -deyə R.Zorge elə ilk dinləmədə bəyan etmişdi. Bununla yanaşı, XX əsrin əfsanəvi kəşfiyyatçısının xilas etməyə çalışdığı daha bir qrup insan var idi. Buraya İ.Hanako da daxil olmaqla onu sevən qadınlar daxil idi. R.Zorge ilə hakimiyyət orqanları arasında elan edilməmiş razılaşma mövcud idi - istintaqa hər cür yardım əvəzində onun sevimli qadınlarına toxunulmayacaqdı. Həqiqətən Yaponiyanın hakimiyyət orqanları nə İ.Hanako, nə də digər qadınlar barədə cinayət işi qaldırmadılar. Onları istintaqa cəlb etsələr də, məxfi polisin izləmələrindən xilas olmaq mümkün oldu.

Qeyd etdiyim kimi, həbsxanada olarkən qəhrəman kəşfiyyatçı “Rixard Zorgenin türmə qeydləri” adlı gündəlik tərtib etmişdi. Bu zaman o, əl-üz yuyanın qapağından masa, unitazdan isə oturacaq kimi istifadə edirdi. Həmin gündəlikdə o, Yaponiya siyasətinin tam mərkəzindən daxil olan gizli informasiyaların əldə edilməsinə yönələn kəşfiyyat fəaliyyətini təsvir etmişdi. Kəşfiyyat qrupunun rəhbəri kimi bütün günahı öz üzərinə götürən R.Zorge, məsələn, İ.Hanakonun informatorlarla əlaqəsi barədə bir kəlmə belə işlətməmişdi. Müstəntiqlərlə əldə etdiyi razılaşmaya əsasən verdiyi informasiyalar müqabilində o, sevgililərinə barmaqla belə toxunulmayacağı vədini almışdı. Bu, onun mübarizəsinin kulminasiya nöqtəsi idi.

İ.Hanako “Zorge bir insan kimi” kitabında əfsanəvi kəşfiyyatçının həbs olunmaqdan bir neçə həftə əvvəl dediyi sözləri xatırlayır: “Mən səni heç vaxt satmaram. Qorxma! Zorge çox güclü kişidir”. İ.Hanako yazır ki, yalnız onun ölümündən bir çox il keçəndən sonra o, R.Zorgenin nə demək istədiyini anlamışdı.

R.Zorgenin kəşfiyyat qrupunun fəaliyyətini araşdıran yapon müəlliflər qeyd edirlər ki, Yaponiya ictimaiyyəti casus qalmaqalı ilə bağlı yalnız R.Zorgenin həbsindən yeddi ay sonra, 1942-ci ilin mayında xəbər tutmuşdu. Həmin vaxt Yaponiya artıq Sakit okeanda müharibəyə başlamışdı. Yaponiya Ədliyyə Nazirliyi müharibə dövründə bu hadisəni kəşfiyyat qrupunun ünvanına kəskin tənqidlə qeyd edirdi: “H.Ozakinin və digər solçu qüvvələrin öz inamlarından imtina edərək vətənə xəyanət etməsi faktı əsl nifrətə layiqdir”. Bununla da R.Zorgenin qrupunun üzvləri vətən xaini hesab olunmağa başlanmışdı. Milli Təhlükəsizlik haqqında və İctimai Asayiş haqqında qanunları pozmaqda ittiham olunan R.Zorge, H.Ozaki və onların silahdaşları üzərində qapalı dinləmələrə 1943-cü ilin mayında müxtəlif məhkəmələrdə başlandı. Onları həbsxanadan məhkəmələrin iclas zallarına apararkən üzlərini samandan hazırlanmış böyük şlyapalarla örtürdülər. 1943-cü ilin sentyabrında R.Zorge və H.Ozaki barəsində ölüm hökmü çıxarıldı. Ali Məhkəməyə ünvanlanan apelyasiya şikayəti rədd edildikdən sonra bu hökm qəti xarakteri aldı.

Həmin vaxt H.Ozaki həbsxana gündəliyində yazırdı: “Ali məhkəmənin hakimi istəyir ki, mən xalq qarşısında şəxsi həyatımla üzr istəyim”.

Qeyd etdiyim kimi, R.Zorgenin istintaq zamanı göstərdiyi mətanət və cəsarət yapon müstəntiqləri belə heyran qoymuşdu. Məşhur kəşfiyyatçının nümayiş etdirdiyi möhkəmliyin onu da ruhlandırdığını vurğulayan H.Ozaki “Məhəbbət - sönməkdə olan ulduzdur” kitabında yazırdı: “Məni R.Zorge ilə müqayisə edən vəkil çox qəti şəkildə bildirdi ki, “Zorge öz dözümlülüyü ilə hamını heyran qoymuşdu”. Sözsüz ki, Zorge çox az təsadüf edilən möhkəmliyə malik insan idi. Lakin göstərməyə çalışdım ki, mənim də kifayət qədər barıtım var”.

R.Zorgenin Moskva üçün ötürdüyü məlumatların əhəmiyyətinə baxmayaraq, Sovet İttifaqının rəhbərliyi bu adda kəşfiyyatçının olduğunu təsdiq etmək niyyətində deyildi. Yaponlar isə əllərində olan bu imkandan istifadə edərək onu sovet zindanlarında saxlanılan öz kəşfiyyatçıları ilə dəyişməyə çalışırdılar. Yaponiya rəhbərliyi tərəfindən son belə cəhd Oktyabr inqilabının növbəti ildönümünə həsr olunan və Tokiodakı sovet səfirliyində təşkil edilən rəsmi qəbulda göstərilmişdi. Lakin həmin vaxt da sovet rəhbərliyi belə bir şəxsi tanımadığını israrla bildirmişdi. Bunun cavabında 1944-cü il noyabrın 7-də, Oktyabr inqilabının ildönümü günündə R.Zorge və H.Ozaki asılmaqla edam edildilər. Həm R.Zorge, həm də H.Ozaki ölümü çox sakit və böyük mərdliklə qarşılamışdılar. Deyilənə görə, kəndir dartılmazdan əvvəl, R.Zorge üç dəfə “Sovet İttifaqı, Qızıl Ordu və Kommunist Partiyası” sözlərini təkrarlamışdı. Ölüm hökmünün icrası zamanı orda olan prokuror müharibədən sonra demişdi ki, o özü qəsdən bu hökmün noyabrın 7-də icra edilməsi barədə göstəriş vermişdi. Bununla o, ləyaqətli düşmənə öz hörmətini ifadə etmişdi.

Edamdan bir gün sonra H.Ozakinin meyiti onun ailəsinə təhvil verildi. Kremasiyadan sonra axşam onun qalıqları öz evinə aparıldı. Lakin R.Zorgenin cəsədi heç kimə verilmədi. Belə ki, ölüm hökmünün icrası heç yerdə elan edilmədiyinə görə, İ.Hanako bu barədə eşitməmişdi. Alman səfirliyi meyiti götürməkdən imtina etmişdi. Uğrunda həyatını qurban verdiyi Sovet İttifaqı isə böyük kəşfiyyatçı barəsində susmağa üstünlük vermişdi. Bir çoxları bunu Yaponiya ilə Sovet İttifaqı arasında neytral mövqe haqqında müqavilə ilə izah edirlər. R.Zorge çox kədərli bir sonluqla qarşılaşdı - Vətən onu unutdu.

Həbsxananın qaydalarına uyğun olaraq, əfsanəvi kəşfiyyatçının cəsədi yaxınlıqdakı Coşiqaya qəbiristanlığında dəfn olundu. Tokio bombardmana məruz qaldığı dövrdə isə onun qəbri üzərindəki lövhə itdi. R.Zorge həmin qəbirdə hamı tərəfindən unudularaq tənha qaldı.

Hazırda Hiqaşi-İkebukuro parkında hərbi cinayətkarlar üçün daşdan bir abidə qoyulub. Onun üzərində yazılıb: “Əbədi sülh duası ilə”. Bu abidə Suqamo həbsxanasında edam edilənlərin xatirəsinə həsr olunub. Əvvəllər bu yer Nişi-Suqamo adlanırdı, lakin 1966-cı ildə poçt-ünvan sistemi haqqında Qanun qəbul edildikdən sonra həmin ərazi Hiqaşi-İkebukuro adlanmağa başladı.

Kosuqi rayonuna köçürülən həbsxananın yerində isə 1978-ci ildə “Sunshine City” kompleksi istifadəyə verildi. Yeni ad və yeni bina bu yerlərdə öz ölümünü qarşılamış əfsanəvi kəşfiyyatçının xatirəsinin zaman keçdikcə unudulmasına səbəb oldu.

Hazırda Tokioda həmin yeri tapmaq çox da çətin deyil, metronun “Hiqaşi-İkebukuro” və ya “İkebukuro” stansiyaları demək olar ki, bu binadan bərabər məsafədə yerləşir.

Əgər həmin yeri ziyarət etmək istəsəniz Yurakuçyo xəttinin “Hiqaşi-İkebukuro” stansiyasının 2 nömrəli çıxışından (5 dəqiqəlik məsafə) və ya “İkebukuro” stansiyasının 35 nömrəli çıxışından (15 dəqiqəlik məsafə) istifadə edərək Hiqaşi-İkebukuro parkına gedə bilərsiniz. İkebukuro parkına gedən yol “Sunshinе City” kompleksinin yanından keçir.

“Sunshinе City” kompleksindən daş abidəyə isə cəmi bir dəqiqəlik yol var. Burada bir maraqlı cəhət isə həmin kompleksin tamamilə həbsxananın binasının tutduğu ərazidə və formada tikilməsidir.

Parkdan R.Zorgenin birinci dəfə dəfn edildiyi Coşiqaya qəbiristanlığına qədər isə piyada 20 dəqiqəyə çatmaq olar.

Həmin qəbiristanlıqda yazıçılar Natsume Soseki və Naqai Kafunun, həmçinin sabiq Baş nazir Tocyo Hidekinin qəbirləri yerləşir.

Hazırda R.Zorgenin qəbri Tama şəhər qəbiristanlığındadır. Əfsanəvi kəşfiyyatçının bu sakitcə uyuduğu yer barədə isə məqalənin son hissəsində danışacağıq. Onun Coşiqaya qəbiristanlığındakı qəbir yerinin isə bu gün heç izi də qalmayıb.

(ardı var)

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib