Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yaponiya və Azərbaycanı birləşdirən tarixi məqamlar:Əfsanəvi kəşfiyyatçı Rixard Zorge (V hissə)

Tokio, 11 noyabr, AZƏRTAC

Tokioda əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin son mənzili Tama şəhər qəbiristanlığındadır. Onun Caşiyama qəbiristanlığında dəfn edildiyi yer isə demək olar ki, hamı tərəfindən unudulmuşdu. Sevimli İ.Hanakonun apardığı axtarışlar yalnız edam edilməsindən beş il sonra nəticəsini verdi. Bundan tam 20 il sonra - 1964-cü ildə Tokio Olimpiya Oyunları ərəfəsində R.Zorgenin unudulmuş şərəfli adı bərpa edildi. Yaponiyanın Sovet İttifaqına hücum etməyəcəyi barədə məlumatla vətənini xilas etmiş əfsanəvi kəşfiyyatçı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

Qeyd etdiyim kimi, qəhrəman kəşfiyyatçının adı ilə hələ orta məktəb illərində qarşılaşmışdım. Atam keçmiş zabit, birinci qrup Böyük Vətən müharibəsi əlili olaraq bizimlə müharibə xatirələrini böyük həvəslə bölüşərdi. Onun bu xatirələri arasında əfsanəvi kəşfiyyatçının adının xüsusi yeri vardı. Hər dəfə də deyirdi ki, Stalin ona qarşı çox böyük haqsızlıq etdi. Yaxşı ki, onun qəhrəmanlığı illər sonra olsa da, Sovet İttifaqının rəhbərliyi tərəfindən etiraf olundu, qəhrəman kəşfiyyatçı layiq olduğu fəxri adı aldı. Böyük mütaliə həvəskarı olduğuna görə, onun çoxsaylı kitabları arasında əfsanəvi kəşfiyyatçı haqqında sovet yazıçıları M.Kolesnikova və M.Kolesnikovun “Rixard Zorge” kitabı xüsusi yer tuturdu.

Qeyd etdiyim kimi, İ.Hanako qəhrəman kəşfiyyatçının qəbrini beş il davam edən uzun və üzücü axtarışlardan sonra aşkar edə bildi. Sevimli qəhrəmanının ölümü haqda xəbəri isə müharibə başa çatdıqdan sonra - 1945-ci ilin oktyabrında eşitmişdi. Həmin vaxt müharibədən əvvəl həbs edilən siyasi cinayətkarlar azadlığa buraxılmağa başladı və R.Zorgenin işi haqqında da qəzetlərdə məlumatlar verildi. Həmin məqalələrdə onun məzarının taleyi barədə məlumatlar olmadığına görə İ.Hanako onun vətəninə - Almaniyaya və ya Sovet İttifaqına verildiyini düşünürdü. Lakin üç il sonra o, təsadüfən kitab mağazasında R.Zorgenin işi ilə bağlı kitaba rast gəlir. Burada qəhrəman kəşfiyyatçının Caşiyama qəbiristanlığında dəfn edildiyi bildirilirdi. Təcili olaraq həmin yerə yollanan İ.Honaka buradakı dağıntılar ucbatından sevimlisinin qəbri barədə heç bir məlumat əldə edə bilmədi.

R.Zorgenin qəbrini tapmaq üçün o, dəfələrlə yerini Kosuqiyə dəyişmiş türməyə gedir. Lakin burada çalışanlar beynəlxalq vəziyyətin mürəkkəbliyini əsas gətirərək heç bir yardım edə bilməyəcəklərini söyləyirlər. Həmin vaxt işğal altında olan Yaponiyada sovet casusu barədə informasiya ABŞ hakimiyyət orqanlarını narahat edə bilərdi.

Yalnız 1949-cu ilin noyabrında İ.Hanakonun cəhdlərindən sonra qəbiristanlığın əməkdaşı ona yardım etmək qərarına gəlir. O, axtarışlardan bezməyən xanıma bildirir ki, bu yaxınlarda cəsədlərin yenidən basdırılması zamanı böyük bir cəsəd çıxıb və o, əcnəbiyə oxşayır. Əgər İ.Hanako istəsə həmin cəsədi götürə bilər. Bu, həqiqətən də gözlənilməz uğur idi.

“Zorge bir insan kimi” kitabında İ.Hanako yazır ki, əfsanəvi kəşfiyyatçını Birinci Dünya müharibəsi zamanı ayağından aldığı yara yerindən və edam edilərkən üzərində olan böyük eynəkdən tanıya bildi. Həmin kitabdan aldığı qonorarla isə evinin yaxınlığında yerləşən Tama qəbiristanlığında yer alan İ.Hanako bir il sonra - 1950-ci ilin noyabrında onu burada dəfn etdi.

1964-cü ilin sentyabrında - Tokio Olimpiya Oyunlarına bir ay qalmış bütün qəzetlərdə Moskvaya məxfi məlumatlar göndərmiş R.Zorgenin fəaliyyətinin yenidən qiymətləndirilməsinə yönələn məqalələr yer aldı. Əfsanəvi kəşfiyyatçının vətən qarşısında xidmətlərini qəbul etməyən İ.Stalin artıq vəfat etmişdi. Onun yerini tutan Baş katib Nikita Xruşşov isə hakimiyyətinin sonlarına doğru R.Zorgenin şərəfli adını bərpa etmək qərarına gəldi. Həmin vaxt gözlənilməz şöhrətdən çaşan İ.Hanakonun yanına Sovet İttifaqından jurnalistlər gəlməyə başladı. Olimpiya Oyunları üçün Tokioya gələn şərqi almaniyalı jurnalistlər də İ.Hanakodan R.Zorge haqqında danışmağı xahiş edirdilər.

1964-cü ilin noyabrında SSRİ Ali Soveti tərəfindən R.Zorgeyə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Bununla da əfsanəvi kəşfiyyatçının xidmətləri layiq olduğu qiyməti aldı.

Tama bələdiyyə qəbiristanlığı Yaponiyada ilk park tipli qəbiristanlıqdır və Fuçu ilə Koqaney şəhərləri arasında yerləşir. Çox böyük əraziyə malik olan qəbiristanlıq çox sakit ərazisi və yazda çiçəkləyən sakuraları ilə buraya gələnlərə böyük kədər hissi aşılayır. Qəbiristanlıqda belə sakit guşələrdən biri əcnəbilər üçün ayrılıb. Ölüm müxtəlif ölkələrdən gəlmiş və müxtəlif dinlərin davamçısı olan bu şəxsləri vahid məkanda birləşdirib. Çox maraqlı bir məqam isə ondan ibarətdir ki, Suqamo türməsində edam edilən R.Zorgenin və H.Ozakinin qəbirləri də bu qəbiristanlıqda, biri-birinin yaxınlığındadır. İ.Hakano sevimli qəhrəmanının cəsədini bu qəbiristanlıqda dəfn edərkən onu yaxın silahdaşının yanında basdırdığını heç təsəvvür belə edə bilməzdi. Bu gün bütün dünyada sülh uğrunda, insanlığın xilası naminə həyatlarından keçmiş bu iki qəhrəmanın qəbirləri həmin qəbiristanlıqda bir-birindən bir neçə dəqiqəlik məsafədə yerləşir.

Müharibədən sonra R.Zorgenin qrupunun fəaliyyətinə yanaşma öz fərqliliyi ilə diqqəti cəlb edir. Militarizmdən azad olan Yaponiyada xüsusən solçu qüvvələr və tələbələr R.Zorgeni sosialist vətəni uğrunda mübarizə aparmış qəhrəman kimi yüksək qiymətləndirməyə başladılar. Bu yanaşmanın əsasında H.Ozakinin “Məhəbbət – sönən ulduzdur” kitabı dayanırdı. Qəhrəman kəşfiyyatçıya yardım etmiş insanlar isə vətən xainindən müharibəyə can atan militaristlərə qarşı mübarizə aparmış vətənpərvərlərə və sülh uğrunda mübarizlərə çevrilməyə başladılar. Bununla da nifrət doğuran casus obrazı məhv edildi.

Lakin soyuq müharibənin başlaması ilə Yaponiyada R.Zorge barədə unutmağa başladılar. SSRİ-də R.Zorgenin fəaliyyətinə verilən yüksək qiymət Yaponiya üçün əhəmiyyətini itirməyə başladı. Zaman keçdikcə yetişən yeni nəsillər bu əfsanəvi kəşfiyyatçı haqqında artıq heç nə bilmirlər.

Buna baxmayaraq, hər il mayın 9-da - faşizm üzərində Qələbənin növbəti ildönümü günündə Rusiyanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə MDB ölkələrinin, o cümlədən Azərbaycan səfirliyinin nümayəndələri əfsanəvi kəşfiyyatçının məzarını ziyarət edərək onun xatirəsinə ehtiramlarını bildiriblər.

İlk dəfə 2013-cü ildə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ilə birlikdə qatıldığım anım mərasimini çox yaxşı xatırlayıram. Həmin vaxt mən artıq Tama şəhərinin yaxınlığında yerləşən Kodairaya köçmüşdüm. Buna səbəb isə bir tərəfdən əvvəllər yaşadığım Minato rayonundakı evlərin və ərzaq məhsullarının çox baha olması, digər tərəfdən isə yeni şəhərdə köçdüyüm binada Azərbaycandan və digər MDB ölkələrindən Yaponiyaya təhsil üçün gələn tələbələrin yaşaması idi.

Rusiya səfirliyinin birinci katibi, mətbuatla işə məsul olan Tatyana Qoroxova məni həmin tədbirə dəvət edəndə çox sevindim. Bununla həm əfsanəvi kəşfiyyatçının qəbrinin olduğu yeri ziyarət edəcək, həm MDB ölkələrindən olan səfirlərlə, həm də rusiyalı həmkarlarımla şəxsən görüşərək münasibət quracaqdım. Tama qəbiristanlığının mənim yaşadığım şəhərə çox yaxın olduğunu biləndə isə buna təəccüblənməyə bilmədim. Tale məni yenə özüm də bilmədən bu qəhrəman kəşfiyyatçının yaxınlığına yönəltmişdi. Çətinlik çəkmədən yaşadığım şəhərdən təqribən 20 dəqiqəlik məsafədə yerləşən Tama qəbiristanlığını və qəhrəman kəşfiyyatçının məzarını tapdım.

Qeyd etdiyim kimi, tədbirdə MDB ölkələrinin səfirləri, Rusiya səfirliyindəki hərbi attaşelər və Rusiyanın “Ria Novosti” agentliyinin Yaponiyadakı nümayəndələri iştirak edirdilər.

Mərasimə qatılan səfirlərə və KİV-lərin nümayəndələrinə minnətdarlığını bildirən həmin vaxt Rusiyanın Yaponiyadakı səfiri Yevgeni Afanasyev dedi ki, bu gün böyük gündür və biz ənənəvi olaraq buraya gələrək, faşizmlə mübarizədə əsl igidlik nümayiş etdirmiş Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin və onun qrupunun üzvlərinin xatirəsini ehtiramla anırıq. R.Zorge öz məlumatları ilə faşist Almaniyası üzərində Qələbənin təmin edilməsində böyük xidmətlər göstərib. Onun xatirəsi keçmiş SSRİ-ni və onun tərkibindəki respublikaları müdafiə etmiş, ümumi Qələbənin əldə edilməsində zəhməti olmuş bütün qəhrəmanlar kimi, bizim üçün əzizdir. Bu, hamımız üçün həm ümumi qələbə, həm də ümumi xatirədir.

Səfir xüsusi qeyd etdi ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin - Ramzayın böyük xidmətləri olub. Belə qəhrəmanların sayəsində əldə edilmiş böyük Qələbə bizi daha da yaxınlaşdırır, birləşdirir. Bu Qələbə həm də gələcək əməkdaşlığımızın əsasında dayanır. Qələbə bayramınız mübarək olsun.

Rusiya səfirliyinin hərbi attaşesi Aleksandr Zorin Rixard Zorgenin həyatı və qəhrəmanlığı haqqında məlumat verdi. Bildirdi ki, o, 1895-ci il oktyabrın 4-də Bakının Sabunçu qəsəbəsində neftçi-texnik Adolf Zorgenin ailəsində doğulub. Bir neçə ildən sonra valideynləri ilə Almaniyaya köçən R.Zorge 1924-cü ildə Sovet İttifaqına qayıdıb, 1929-cu ildə xüsusi orqanlar tərəfindən kəşfiyyat xidmətinə cəlb edilib. 1930-cu illərdə Yaponiyada işləyərkən həmin vaxt müttəfiq olan Almaniya və Yaponiyanın Sovet İttifaqına qarşı hərbi əməliyyatlara hazırlaşmaları və hətta bu hücumların konkret vaxtları haqqında məlumatları sovet rəhbərliyinə çatdırıb. 1941-ci ilin qışında Moskva ətrafında gərgin döyüşlər zamanı R.Zorge Yaponiyanın Sovet İttifaqına qarşı müharibəyə başlamayacağı barədə dəqiq məlumat verib. Məhz bu məlumat əsasında sovet rəhbərliyi Uzaq Şərqdə yerləşdirilmiş 22 diviziyanı Moskvanın müdafiəsinə cəlb edə bilib.

R.Zorge 1941-ci ilin oktyabrında Yaponiya polisi tərəfindən həbs edilib və 1943-cü ilin sentyabrında onun haqqında ölüm hökmü çıxarılıb. R.Zorge 1944-cü il noyabrın 7-də edam edilib. Ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı isə 20 il sonra - 1964-cü il noyabrın 5-də verilib.

Rixard Zorgenin qəhrəmanlığı bu gün həm Azərbaycanda, həm Rusiyada, həm Yaponiyada, həm də faşizmə qarşı mübarizə aparmış digər ölkələrdə böyük ehtiramla anılır.

Əlavə məlumat olaraq bildirim ki, məşhur kəşfiyyatçının qəbrinin üzərindəki başdaşı qara mərmərdəndir. Onun üzərində rus dilində “Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge” sözləri yazılıb.

Onun altındakı daşın üzərində isə yapon dilində “Həyat yoldaşı İşii Hanako” sözləri qeyd edilib. Qəbirə baxarkən istər-istəməz əfsanəvi kəşfiyyatçının cəsədini təkbaşına böyük çətinliklər bahasına taparaq onu hörmətlə dəfn edən və bununla da xatirəsini gələcək nəsillərə ötürən bu nəcib yapon qadınının qəhrəmanlığını xüsusi qeyd etmək istəyirəm. Bu yapon qadınının sədaqəti həqiqətən də ən böyük ehtirama layiqdir.

Məşhur qəhrəmanın qəbrinin hər iki tərəfində ağ mərmərdən iki daş lövhə yerləşdirilib. Onlardan birinin üstündə “Burada öz həyatlarını dünyada müharibə əleyhinə və sülhün bərqərar olması uğrunda mübarizədə qurban vermiş mərd qəhrəmanlar yatır” sözləri yazılıb. İkinci daşın üzərində isə “Zorge və onun silahdaşları” sözləri və 11 nəfərin adı yazılıb. Onlardan ikisi haqqında ölüm hökmü çıxarılıb, beşi həbsxanada, biri isə məhbəsdən çıxdıqdan iki gün sonra vəfat edib. Bu rəqəmlərə baxanda XX əsrin ən böyük kəşfiyyatçısının işinin nə qədər ağır olduğu və nə qədər qurban bahasına başa gəldiyi aydın görünür.

Yaponiyada işlədiyim dövrdə buraya gələn həmyerlilərimizdən bir neçəsinin böyük kəşfiyyatçı barəsində daha çox informasiya almaq və onun qəbrini ziyarət etmək barədə istəklərinin şahidi olmuşdum. Məhz onların göstərdiyi bu maraq qəhrəman həmyerlimizin Tokioda olduğu yerləri araşdırmağa və bu barədə məlumatları toplamağa məni həvəsləndirmişdi.

Düşünürəm ki, gələcəkdə Yaponiyaya yolu düşən həmvətənlərimiz əfsanəvi kəşfiyyatçının olduğu yerlərlə maraqlanmaq istəsələr, çətinlik çəkmədən bu məqalədə əksini tapmış məlumatlardan istifadə edərək həmin yerləri ziyarət edə biləcəklər.

Məşhur qəhrəmanın uyuduğu son mənzilə gəlincə isə qeyd etdiyim kimi, onun qəbrinin olduğu qəbiristanlıq Yaponiya dəmir yolunun (JR) Seybu Tamaqava xəttinin Tama stansiyasının yaxınlığında, 5 dəqiqəlik məsafədə yerləşir. Buraya, həmçinin JR-in Çuo xəttindəki Musaşi-Koqaney stansiyasından avtobusla da getmək mümkündür.

Bu qəbiristanlıqda çox məşhur şəxslər – şair xanım Yoşano Akiko və heykəltəraş Okamoto Taro da dəfn olunublar.

Qəbiristanlığın mərkəzindən keçən xiyabanın hər iki tərəfində sakura ağacları əkilib. Yazda sakuralar çiçəkləyəndə çoxsaylı həvəskarlar dəstə-dəstə buraya üz tuturlar. Əcnəbilər üçün ayrılmış sahə həmin qəbiristanlığın əsas girişinin yaxınlığında yerləşir. Əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin və həyat yoldaşı İşii Hakanonun məzarları isə ümumi ərazidə - təxminən 15 dəqiqəlik məsafədədir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub