Yaponiyada elektromobil akkumulyatorunun ömrünü uzadan texnologiyalar hazırlanıb
Bakı, 27 fevral, AZƏRTAC
Yaponiyanın “Osaka Gas” korporasiyasının KRI tədqiqat mərkəzi elektrik avtomobilləri üçün litium-ion batareyalarının istismar müddətini beş dəfədən çox uzada bilən texnologiyalar hazırlayıb.
AZƏRTAC “Sankei” nəşrinə istinadla xəbər verir ki, yeni tip akkumulyatorların gələn il sınaqdan keçirilməsi, 2027-ci ildə isə müştərilərə təhvil verilməsi planlaşdırılır.
Məlumata görə, KRI texnologiyaları 30 kVt-lıq litium-ion batareyası ilə işləyən elektromobilə indiki 160 min kilometr əvəzinə, 800 min kilometrdən çox məsafə qət etməyə imkan verəcək.
Bu cür yeni texnologiyalar iqtisadi səmərə ilə yanaşı, tükənən batareyaların təkrar emalı problemini qismən aradan qaldıracaq. Ekspertlər elektriklə işləyən nəqliyyat vasitələrinin artması ilə bu məsələnin getdikcə daha vacib olacağını düşünürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]