Yaponiyada koronavirusa yoluxanların sayı artmaqda davam edir
Tokio, 15 aprel, AZƏRTAC
Aprelin 15-də səhər saatlarına olan son məlumatlara görə, Yaponiyada COVID-19 koronavirusuna yoluxanların sayı artmaqda davam edir.
AZƏRTAC Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə və yerli administrasiyalara istinadla xəbər verir ki, həmin gün saat 11:30-a olan son məlumatlara görə virusa yoluxanların ümumi sayı 8915 nəfərə çatıb. Buraya “Diamond princess” kruiz laynerində olan 712 nəfər, Çinin Hubey əyalətindən xüsusi çarter reysi ilə gətirilənlər, aeroportlarda karantin zamanı aşkar edilən şəxslər və nazirliyin yoxlamalar zamanı virusa yoluxan məmurları da daxildirlər.
Həmin gün daha bir ölüm halının qeydə alındığı da bildirilir ki, bununla da virusa yoluxaraq ölənlərin ümumi sayı 175 nəfərə çatıb.
Virusa yoluxanların sayına görə Tokionun birinci yerdə olduğu qeyd edilir - 2319 nəfər. Bundan sonra 894 nəfərlə Osaka, 579 nəfərlə Kanaqava, 502 nəfərlə Çiba, 452 nəfərlə Saytama, 409 nəfərlə Fukuoka və 404 nəfərlə Hioqo prefekturaları gəlir.
Nazirliyin nümayəndələrinin bildirdiyinə görə, 158 nəfərin vəziyyəti ağır olaraq qalır. 1497 nəfərin isə sağalaraq xəstəxanaları tərk etdikləri qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]