Yaponiyada naməlum şəxs xəstəxana binasını atəşə tutub
Bakı, 31 oktyabr, AZƏRTAC
Yaponiyanın Saytama prefekturasının Toda şəhərində naməlum şəxs xəstəxana binasını atəşə tutub və sonra motosikletlə hadisə yerindən uzaqlaşıb.
AZƏRTAC Yaponiyan İctimai televiziyasına istinadla xəbər verir ki, əvvəlcə hadisənin xəstəxanada baş verdiyi deyilsə də, dəqiqləşdirilmiş məlumatda cinayətkarın kənardan binanın pəncərələrinə atəş açdığı bildirilir. İnsident nəticəsində ən azı iki nəfər xəsarət alıb.
Hadisəni törədən şəxs yaxınlıqda yerləşən Varabi şəhərinə qaçaraq poçt bölməsinin binasında barrikada qurub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində fəaliyyət göstərir. Yaxınlıqda yaşayan sakinlərə evlərindən çıxmamaq tövsiyə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]