Yaradıcılıq hər kəs üçündür: İsmayıllıda rəngarəng təqdimatlar
İsmayıllı, 17 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST evi” filialı tərəfindən rayonda İnklüziv Yaradıcılıq Yarmarkası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarka çərçivəsində İsmayıllı “DOST evi” filialının fəaliyyəti təqdim olunub, benefisiarların hazırladıqları əl işləri, rəsm əsərləri və digər yaradıcılıq nümunələri nümayiş etdirilib. İştirakçılara həssas əhali qruplarına yönəlmiş inklüziv layihələr, eləcə də Sosial Xidmətlər Agentliyinin Dağlıq Şirvan regional filialının fəaliyyəti və göstərdiyi xidmətlər barədə məlumat verilib.
Tədbirin bədii hissəsində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əməkdaşlarının təqdimatında musiqi nömrələri təqdim olunub.
Müxbir- Rəşad Türkoğlu