YARDIMLI SAKİNLƏRİNDƏN BİR KİLOQRAM TİRYƏK GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sırıq kənd sakinləri Yaşar Ağayev və Alçabulaq kənd sakini Əbülfət Yusubovdan 1 kiloqram tiryək götürülmüşdür. Onlar narkotik vasitəni İran ərazisindən qaçaq yolu ilə gətirdiklərini bildirmişlər.
Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinin əməkdaşları əvvəllər məhkum olunmuş Ruslan Kişiyevdən 0,257 qram, Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsinin işçiləri əvvəllər məhkum olunmuş Rəşad Novruzovdan 0,341 qram, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları Xırdalan şəhər sakini İlqar İsrafilovdan 0,317 qram heroin müsadirə etmişlər.
Baş Mühafizə İdarəsinin və Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Ayaz Alməmmədovdan 2 qram, ona məxsus “VAZ-21011” markalı avtomaşından 0,5 qram heroin aşkarlamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]