“YAŞAT” Fondu və “AzInTelecom”un birgə təşkilatçılığı ilə şəhid övladları üçün növbəti layihə reallaşdırılıb
Bakı, 30 dekabr, AZƏRTAC
“YAŞAT” Fondu tərəfindən artıq 3-cü dəfədir həyata keçirilən “Hədiyyə Karvanı” layihəsi bu dəfə cari ilin sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanlarımızın əmanətlərini sevindirib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə reallaşdırılan layihə ümumilikdə 133 şəhid övladını əhatə edib. "Hədiyyə karvanı" dekabrın 25-də yola düşüb və hədiyyələrin paylanılması dekabrın 30-da yekunlaşıb. Şəhidlərimizin əmanətlərinin hədiyyələrini onlara Şaxta baba təqdim edib.
Layihə Bakı şəhəri ilə yanaşı respublikanın digər bölgələrini də əhatə edib.
“AZlnTelecom”un dəstəyi ilə baş tutan layihə çərçivəsində ümumilikdə 133 hədiyyə qutusu ünvanlara çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [15:58]
Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək
- 26.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 26.08.2026 [11:03]
Ötən gün 73 cinayətin açılması təmin olunub
- 26.08.2026 [10:58]
Yanvar-iyul aylarında “Könüllü DOST” proqramına 881 şəxs cəlb olunub
- 26.08.2026 [10:43]
Fövqəladə hallar naziri Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyəcək
- 26.08.2026 [10:29]
Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək
- 26.08.2026 [10:19]
Bakıda yanğın baş verib, 1 nəfər ölüb VİDEO
- 26.08.2026 [08:30]