ELM VƏ TƏHSİL
“Yaşıl dünya uğrunda həmrəylik ili”nə və COP29-a həsr olunmuş növbəti ekoloji aksiya
![](/files/galleryphoto/2024/2/1200x630/1717763683258861143_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17177636834530842156_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17177636834836353966_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17177636836506038697_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17177636833884155704_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717763683203543522_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17177636831585919965_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17177636833943928597_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17177636833303657396_1200x630.jpg)
Bakı, 7 iyun, AZƏRTAC
İyunun 7-də Bakı Avropa Liseyində fəaliyyət göstərən “Sərhədsiz Diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi (WWD) tərəfindən ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”nə və Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə həsr olunmuş ekoloji aksiya (yürüş) keçirilib.
AZƏRTAC xəbər verir ki, ekoloji aksiyanın məqsədi Beynəlxalq Qırmızı Kitaba (kritik təhlükə altında olan), eləcə də Qara Kitaba (tamamilə nəsli kəsilmiş) düşmüş fauna nümayəndələri haqqında ictimaiyyətə məlumat verilməsidir. Həmçinin Azərbaycanda və dünyada biomüxtəlifliyin qorunmasına töhfə verməkdir.
Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova çıxışında bildirib ki, aksiyada şagirdlər yüksək poliqonal texnikasında düzəltdikləri fauna nümayəndələrini təqdim ediblər. Sərgidə təqdim olunan heyvanların bir neçəsinin nəslinin kəsildiyi artıq rəsmən elan edilib. Çoxu isə yox olmaq ərəfəsindədir. Biomüxtəliflik qlobal sərvətdir və indiki, eləcə də gələcək nəsillər üçün böyük dəyər kəsb edir.
Aksiyada “Sərhədsiz Diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin və Bakı Avropa Liseyinin 80 nəfər II, III və IV sinif şagirdləri, müəllimlər, ekoloqlar, psixoloqlar və könüllülər, media nümayəndələri iştirak ediblər. Aksiya iştirakçıları ölçüləri 20-80 santimetr arasında dəyişən heyvanların 90-dan çox 3D kağız modelini təqdim ediblər.
Aksiyanın sonunda şagirdlər biomüxtəliflik mövzusuna aid mühazirə dinləyib, bu problemin həlli sualını cavablandırıb, təbiətin əhəmiyyətindən bəhs edən şeirlər oxuyublar. Aksiya İçərişəhərdə olan çoxsaylı turistlərin və yoldan keçənlərin diqqət və heyranlığına səbəb olub, uşaqlara dəstək olduqlarını bildiriblər.