Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri

Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri

Bakı, 22 oktyabr, AZƏRTAC

Ankaranın Suriyanın şimalının terrorçulardan təmizlənməsi və təhlükəsizlik zonasının yaradılması üçün Fərat çayının şərqində PKK/YPG və İŞID terror təşkilatlarına qarşı başladığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatına Qərb dünyası ciddi reaksiya verdi. ABŞ və Avropa Türkiyədə terrorun qurbanları barədə bir kəlmə belə kəsmədən terrorçuların müxtəlif uydurmalarına “inandıqlarını” nümayiş etdirdilər. Çünki, əslində, bu oyunları ssenariləşdirən özləridir. Türkiyənin başladığı hərbi əməliyyat bu faktı ortaya çıxardı. Artıq tam aydındır ki, özlərini demokratiyanın beşiyi, bayraqdarı kimi qələmə verənlər, insan haqlarından dəm vuranlar böyük ədalətsizlik, haqsızlıq və ikili standart içindədirlər. Əslində, biz bunları Qərbin Dağlıq Qarabağla bağlı tutduğu mövqedən bilirdik. Sadəcə, daha geniş miqyasda bir daha bunun şahidi olduq. Buradan bizim üçün çox vacib olan bir nəticə də alınır. Belə görünür ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllini böyük dövlətlər qəsdən ona görə uzadırlar ki, Yaxın Şərqdə məqsədlərinə çatandan sonra Azərbaycana işğal faktını qəbul etdirib, Ermənistanın xeyrinə məsələni həll etsinlər. Lakin Türkiyə bu məsələdə həmin dövlətlərin məkrli planlarını pozdu. Bu isə qlobal geosiyasətdə yeni bir mərhələnin başlaması deməkdir. Bu kontekstdə “Sülh çeşməsi” hərəkatının geosiyasi aspektləri üzərində geniş dayanmağa ehtiyac görürük.

Ankaranın qətiyyəti: gizli planların pozulması

Türkiyənin “Sülh çeşməsi” əməliyyatına başlaması qlobal miqyasda qüvvələr nisbətini dəyişməyə başlayıb. Dünyanın bütün böyük geosiyasi gücləri bu hadisəyə münasibət bildirməkdə davam edir. ABŞ, Rusiya, Çin, İran, Avropa İttifaqı və Yaxın Şərqin böyük dövlətləri türk ordusunun əməliyyatının ciddi nəticələrinin olacağını ifadə edirlər. Real olaraq hansı prosesin getdiyini aydın təsəvvür etmək üçün detallara diqqət edək.

Türkiyə bir neçə ildir ki, həm Qərbə, həm də Rusiya və İrana anlatmağa çalışır ki, Suriyanın şimalında terrora qarşı ortaq mübarizə aparmaq lazımdır. Bunun üçün İŞİD, PKK/YPG/PYD (və ya SDG) arasında fərq qoyulmamalıdır. Əgər İŞİD-ə qarşı ABŞ, Avropa, Rusiya və İran eyni mövqedədirlərsə, onda PKK-ya da eyni münasibət olmalıdır. Çünki söhbət, ümumiyyətlə, terrordan getməlidir, “mənim terrorçum yaxşı, sənin terrorçun pisdir” ayrı-seçkiliyi olmamalıdır. Lakin böyük güclərin heç biri Ankaranı anlamaq və obyektiv olmaq istəmədilər. Əksinə, özlərinə lazım olanda İŞİD-ə qarşı çox sərt davrandılar. PKK Türkiyəyə qarşı terror törədəndə isə ancaq sözdə təəssüfləndiklərini bildirib, arxa planda hərəsinin gücü nəyə çatır terrorçulara yardım etdilər.

Sonuncu fikri Donald Tramp faktiki olaraq açıq ifadə etdi. O etiraf etdi ki, PKK ilə müttəfiq olublar və bu terror təşkilatı İŞİD-dən də pisdir. Açığı, böyük güclər içərisində bu məqamda ən səmimi D.Tramp görünür. Nə Fransa, nə Almaniya, nə də Böyük Britaniya rəhbərləri bu dərəcədə açıq və konkret mövqe ortaya qoymadılar. Səbəb aydındır: onların heç biri güclü Türkiyənin olmasını siyasətin dərin qarlarında arzulamırlar. O dərəcədə qəribədir ki, Türkiyə adi həqiqətləri belə onlara güclə qəbul etdirə bilir. Guya bilmirlər, xəbərləri yoxdur və s. Reallıqda isə bu və ya digər aspektlərdə PKK terroru özlərinin stimullaşdırdığı olaydır.

Burada iki mühüm məqamı vurğulamaq lazımdır. Birincisi, PKK-nı sırf kürd xalqının boynuna atırlar ki, bu da tamamilə yalandır. Bəli, o təşkilatda kürdlər çoxluq təşkil edir. Lakin onları kürd xalqı deyil, yuxarıda sadalanan böyük güclər meydana atıblar. Bu səbəbdəndir ki, PKK-nın tərkibində müxtəlif xalqların nümayəndələri terror aktları törədirlər. Bu baxımdan hədəf qətiyyən kürd xalqı ola bilməz. Ümumiyyətlə, burada etnik mənsubluq ən son nəzərə alınan faktor olmalıdır. Söhbət dünyanın böyük güclərinin müsəlman dövlətçiliyinə və İslam dininə qulluq edən xalqlara qarşı yeritdiyi məkrli siyasətdən gedir. Onlar həm müsəlman dövlətçiliyini zəiflətmək və özlərinə tabe etmək, həm də İslama etiqad edən xalqlar arasında nifaq salmaq istəyirlər ki, müsəlmanlar heç zaman əsl düşmənin kimlər olduğunu ayırd edə bilməsinlər.

İkincisi, “Sülh çeşməsi” məhz bu hiyləgər planı, düşüncəni, ikiüzlü siyasəti darmadağın etdi. Sözün həqiqi mənasında bunu Türkiyə bacardı. Bütün dünya gördü ki, ABŞ və Avropa nə dərəcədə terrorçulara arxa durdu. Bunu Avropada bir sıra siyasətçilər də etiraf etdilər. Məsələn, Almaniyanın keçmiş xarici işlər naziri Ziqmar Qabriel alman televiziyalarından birinə verdiyi müsahibədə Türkiyənin tam haqlı olduğunu və Avropanın PKK-nı dəstəkləməsinin strateji səhv olduğunu vurğulayıb. Macarıstanın Baş Naziri də Ankaraya haqq qazandırıb. Bolqarıstanın Baş Naziri eyni mövqedədir. D.Tramp da bir sıra sapıntıları nəzərə almasaq, Türkiyənin haqlı olduğunu ifadə edir. O, hətta demokrat Nensi Pelosini Türkiyə məsələsinin müzakirəsi zamanı əks mövqe tutduğuna görə “səriştəsiz” adlandırmışdı. Lakin Vaşinqtonun da Suriya ilə bağlı öz planlarının olduğu şübhəsizdir, yəni Tramp ədalət aşiqi deyil.

Bununla yanaşı, Fransanın prosesləri çaşqınlıq, qorxu və tərəddüdlü mövqe tutaraq izləməsi maraqlı göründü. Emmanuel Makron əvvəlcə çox sərt antitürkiyə mövqeyi tutdu. Aİ-də müzakirələrdən sonra NATO-nun maraqlarından danışmağa başladı və Rəcəb Tayyib Ərdoğanla Almaniya və Böyük Britaniya rəhbərləri ilə birgə görüşmək niyyətlərinin olduğunu ifadə etdi. Bu kontekstdə E.Makron Qərb və NATO-nun yanlış mövqedə olduğunu ayrıca qeyd etdi. Deməli, “Sülh çeşməsi” Avropanı öncə hirsləndirdi, sonra isə Türkiyə Prezidentinin ayağına gətirdi.

Qlobal geosiyasət: qüvvələrin yeni nisbətinə doğru

Rusiya rəhbərliyinin də davranışı bir qədər müəmmalıdır. Türkiyə ilə Suriya məsələsini ortaq çözməkdən danışan Kreml Kobani və Münbicdə Bəşər Əsədlə PYD-nin bir yerdə olmasına göz yumdu. Dəməşq hətta ona güllə atan terrorçularla Türkiyəyə qarşı birləşməkdən çəkinməyən kimi görünür. Əgər bu həqiqət olsa, regionda savaşın daha da böyüyəcəyinə şübhə yoxdur. Çünki Türkiyə üçün bu savaş azadlıq mücadiləsidir. Türkiyə Yaxın Şərqin yeganə dövlətidir ki, terror qruplarından istifadə edərək müsəlman ölkələrini qarışdıran bütün dairələrin planlarını alt-üst etdi. Onlar anladılar ki, terror qrupları yaratmaqla heç də həmişə öz məkrli planlarını həyata keçirə bilməzlər. Bu, tarixi bir qələbədir.

İranın mövqeyi bir qədər düşündürücü oldu. Tehran sözdə Türkiyənin qayğılarını anladığını bəyan etsə də, PKK-nın etiraz aksiyalarına göz yumdu, sadə türklərin etirazına isə sərt reaksiya verdi. Hətta “Traktor” futbol klubunun bir oyunçusu öz “Twitter” səhifəsində türk bayrağı göstərdiyinə görə həm klub rəhbərliyi, həm də radikal İran millətçiləri tərəfindən sıxışdırıldı. Şübhəsiz, türklər bu kimi şeyləri unutmurlar. Və Ankara da Tehrana mesaj göndərdi ki, ABŞ-ın sanksiyaları ilə Türkiyənin tutduğu mövqeyi unutmasalar faydalı olar.

Bütün bunların fonunda Amerika ilə Türkiyənin Suriyada təhlükəsizlik zonası yaratmaqla bağlı razılığa gəlmələri digər böyük güclərə güllə kimi dəydi. Ankara o dərəcədə təmkinli və dəqiq davrandı ki, Mövlud Çavuşoğlunun təbirincə desək, “bir güllə ilə 10 dovşan vurdu”. İndi demək olar ki, böyük güclərin hamısının dövlət başçıları R.T.Ərdoğanla görüşməyə növbəyə dayanıblar. V.Putin, E.Makron, B.Conson, A.Merkel, D.Tramp və sonra kimin olacağını zaman göstərəcək. Cəmi bir ay bundan öncə Türkiyəyə barmaqarası baxan bu liderlər niyə həyəcanlandılar və R.T.Ərdoğanla (onu zaman-zaman “antidemokrat”, “diktator”, “qaniçən” və s. kimi yarlıqların yağışına tutmuşdular) görüşə tələsdilər?

Bunun səbəbini Türkiyə Prezidentinin özü açıqlayıb. R.T.Ərdoğan deyib ki, artıq qlobal geosiyasi mənzərə yeni dinamikaya keçir. “Sülh çeşməsi” öz gücü və məqsədi ilə bir sıra özündənrazı dairələrin planlarını ox kimi dəldi. Heç bir hədə-qorxu, təhrik, sanksiya Ankaranı yolundan döndərə bilmədi. İndi Türkiyə Prezidenti beynəlxalq konfransda “Yeni dünya nizamının yaranması” mövzusunda konseptual çıxışını edir (biz oktyabrın 21-22-də İstanbulda keçirilən “TRT World Forum 2019”u nəzərdə tuturuq. Forumun ana mövzusu “Qloballaşmanın böhranı: risklər və fürsətlər” adlanır).

Əlbəttə, Yaxın Şərqdə suların durulması uzun sürəcək. Orada ortaya hələ çox tələlər atacaqlar. Terror vasitəsilə Yaxın Şərqi idarə etməyə, yəni, dəqiq desək, xaos məkanına çevirməyə cəhd göstərənlər niyyətlərindən asan əl çəkməyəcəklər. Ancaq bütün bunların fonunda aydın oldu ki, antitürkiyə mahiyyətli terror dövləti yaratmaq və Yaxın Şərqin geosiyasi mənzərəsini, dövlətlərin sərhədlərini dəyişmək planı iflasa uğradı. Bu planı Ankara pozdu və demək olar ki, Avrasiya məkanında bütün ölkələr üçün yeni imkanlar yaratdı. Ekspertlər hesab edirlər ki, Türkiyə uduzsa, növbə İranın, sonra Rusiyanın və sonucda Çinindir. Yəni, bu ölkələrin də parçalanma təhlükəsi mövcuddur.

Beləliklə, Yaxın Şərqdə yeni geosiyasi dönəm meydana gəlir. Burada böyük güclərin mübarizəsi növbəti mərhələyə qədəm qoyub. Bu mərhələdə savaş da, toqquşmalar da, ziddiyyətli addımlar da özünü göstərəcək. Ancaq meydanda artıq bir ədalətli və güclü müsəlman dövləti də var. Bəlkə də bütün İslam dünyasının taleyi indi onun əldə edə biləcəyi uğurlardan asılıdır. Bizim üçün əsas odur ki, dünyada Ədalət, Beynəlxalq hüquq, Sülh və İnkişaf qalib gəlsin! Belə olsa, bütün dünya xalqları qazanar!

 

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO