YAZIÇI-PUBLİSİST ELMİRA AXUNDOVANIN ÇIXIŞI
Rəmzi xarakter daşıyır ki, bu müqavilə “Gülüstan” sarayında imzalanmışdır. Rusiyalı həmkarlarım çox güman ki, azərbaycanlılar üçün bu sözün nə demək olduğunu bilmirlər. Gülüstan - 1813-cü ildə Azərbaycanın iki hissəyə ayrılması barədə çar Rusiyası ilə İran arasında müqavilə imzalanmış yerdir. Budur, 170 ildən sonra Heydər Əliyev tarixi ədaləti bərpa etdi. O,Gülüstanda müqavilə imzaladı və bu müqavilə də bizim milli müstəqilliyimizi bərpa etdi və bununla da sübut etdi ki, biz müstəqil olduq. O, bütün dünyaya sübut etdi ki, biz öz torpağımızın sahibiyik, təbii ehtiyatlarımızdan özümüz istədiyimiz kimi istifadə etmək hüququna malikik və deməli, həqiqətən də, əbədiyyətlə müqavilə imzaladı. Neft mövzusunda yazan biz jurnalistlər də ölkəmizə olan böyük marağı hiss edirik. Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev və birinci vitse-prezident İlham Əliyev Azərbaycanda da, xaricdə də dünya estradası ulduzlarından da populyar oldular. Onları addım-addım izləyir və müsahibə almaq istəyirdilər. Lakin bu, hər adama qismət olmurdu.
Bir sözlə, 9 il bundan əvvəl bu salonda Azərbaycanın milli müstəqilliyi bərpa olundu. Mən hesab edirəm ki, Azərbaycanın müstəqilliyi 1992-ci ildə Dövlət Müstəqilliyi haqqında akt imzalandıqda deyil, məhz 1994-cü il sentyabrın 20-də Heydər Əlirza oğlu tərəfindən bərpa edildi. Mən xoşbəxtəm ki, bu hadisənin şahidiyəm və bu gün də biz həmin salona yığışmışıq, keyfiyyətcə yeni ölkəni - onun rəhbərliyi ilə təzələnmiş, dirçəlmiş, çiçəklənmiş bir ölkəni görürük.
Azərbaycana və əziz Prezidentimə uzun ömür arzulayıram.