Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAZIÇI-PUBLİSİST ELMİRA AXUNDOVANIN ÇIXIŞI

- Hörmətli mərasim iştirakçıları!

Mən çıxışa hazırlaşmamışam. Çünki belə bir təqdimat mərasiminin olmasını bu gün bilmişəm. Amma bir neçə kəlmə demək istəyirəm.

Son bir neçə ildə biz Heydər Əliyev haqqında çox kitablar görmüşük, oxumuşuq. Bilirsiniz, hərdən bəzi kitablar narazılıq hissi doğurur. Ona görə ki, bəzən görürsən, şit təriflərdən, səthi yazılardan başqa bir şey deyildir. Digər tərəfdən, hərdən kitabın müəllifləri də, orada olan familiyalar da narazılıq hissi doğurur. Ona görə ki, onların bu şəxsiyyət haqqında yazmağa mənəvi haqları yoxdur. Bu baxımdan mənim üçün çox əlamətdar haldır ki, bu kitabı iki müəllif – Ramiz Mehdiyev və mənim dostum, həmkarım Aslan Aslanov yaradıblar. Çünki bu adamlar Heydər Əliyevin komandasının üzvləri idilər. Onunla uzun illər işləyib, onun siyasətini həyata keçirən adamlardır. Onların belə kitablar yazmağa, yaratmağa tam mənəvi haqları var. Mən çox şadam ki, bu kitabda onların imzalarıdır.

Bir jurnalist kimi, mənim üçün çox sevindirici hal başqa bir cəhətdədir. Çox vaxt jurnalistlərin yazılarından, oçerklərindən, fotoşəkillərindən kitablarda istifadə edirlər, adları heç yerdə getmir. Baxın, burada Heydər Əliyevin şəxsi fotoqrafı, bizim dostumuz Rafiq Bağırov əyləşibdir. Bilirsiniz, son bir neçə ildə, bəlkə də, onlarca kitab çıxıb və bu kitablar onun gözəl şəkilləri üzərində qurulubdur. Amma həmin kitablarda onun adı yoxdur. Bilmirəm, bu etinasızlıqdan, peşəyə hörmətsizlikdənmi irəli gəlir?! Fotoqraf Oqtay Aydınoğlu da həmçinin. Amma bu kitabın yaxşı və sevindirici cəhətlərindən biri də odur ki, burada müəlliflər peşəmizə çox hörmətlə yanaşırlar. Fotoşəkillərin müəlliflərinin adları verilir, hətta görkəmli siyasətçilər barədə xaricdə müsahibə götürən müxbirlərin də adları verilmişdir. Bu, çox sevindirici və əlamətdar haldır. Mən istərdim, bizə lazım olan bu kitab mütləq rus, ingilis, fransız dillərində də çap edilsin.

Mən çox böyük minnətdarlıq hissi ilə deyirəm ki, Ramiz müəllim, çox sağ olun, Aslan müəllim çox sağ olun. Çox sağ olun ki, belə kitabı yazmısınız. Ramiz müəllimin kitabdakı oçerki mənim üçün Heydər Əliyevin yeganə və birinci, dolğun, obyektiv siyasi tərcümeyi-halıdır. Mən belə tərcümeyi-hala indiyidək rast gəlməmişəm. Mən ondan mütləq istifadə edəcəyəm. Ona görə ki, bir kitab üzərində işləyirəm və bu, mənim üçün dəyərli informasiya mənbəyi olacaqdır.

Diqqətinizə görə çox sağ olun!

X X X

KAMAL ABDULLAYEV: Mən elə bilirəm ki, çıxış edənlər bu kitabın məziyyətlərini hərtərəfli dedilər. Bundan başqa, kitab göz qabağındadır. Burada bizim görkəmli ziyalılarımız, rektorlarımız əyləşiblər. Onlarla söhbət zamanı biz eyni fikrə gəldik ki, bu kitab bizim ali məktəblərimizə yol açmalıdır. Doğrudan da, burada müəllimlərimiz, tələbələrimiz üçün külli miqdarda gözəl, lazımlı informasiya vardır.

“Dünyanı heyran qoyan insan”. Mən bir dilçi kimi, bu adın əhəmiyyətini qeyd etmək istəyirəm. Heyrətə salan olsaydı, heyrətə salıb bununla da məsələni bitirmək olar. Amma dünyanı heyran qoyan insan indiyə qədər dünyanı heyrətdə saxlayır. Məsələ bundadır, bu prosesi bitirmək mümkün deyildir. Bu proses - dünyanı heyranlıqda saxlamaq prosesi bu gün də, sabah da davam edəcəkdir. Elə bu gözəl və uğurlu tapılmış ad gələcəkdə bu nəşrin dolğunlaşmasına, yeni-yeni nəşrlərə, başqa-başqa dillərə tərcüməsinə gətirib çıxaracaqdır.

Deyildiyi kimi, bu kitabda bir çox dövlət xadimlərinin ürək sözləri yazılıbdır. Mən məşhur bir incəsənət xadiminin bir sözünü sitat gətirmək istəyirəm. Bu insan dünyada olan Prezidentlərlə dostluğu ilə seçilir. Dünyanın sülh qaranquşlarından biridir. Məşhur İspaniya müğənnisi Xulio İqlesias bizim Prezidentimiz haqqında belə deyir : “Sizin gözəl, hər şeyi görən gözləriniz vardır. Cənab Prezident, bilirsinizmi, əgər Prezidentin gözləri gözəl olmasa, onun üçün çox çətin olar. İnsanlar həmişə insanı gözündən oxuyurlar”.

Doğrudan da, göz ürəyin aynasıdır. Prezidentimizin bizə baxan gözləri, onun işığı bu gün də bizimlədir.

Mən kitabın müəlliflərinə, bu kitabı ərsəyə gətirib çatdıran hər bir insana burada əyləşənlərin adından dərin təşəkkürümüzü bildirirəm. İnanıram ki, bu kitab bundan sonra da öz həyatını yaşayacaqdır. Ramiz müəllim, sizə, Aslan müəllim, sizə və sizin böyük kollektivinizə dərin minnətdarlıq hissilə çox sağ olun, deyirəm. İcazənizlə, bununla da təqdimat mərasimini bitmiş hesab edək. Təşəkkür edirəm.

X X X

Mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, parlament sədrinin birinci müavini Arif Rəhimzadə, deputatlar, tanınmış ziyalılar elm, mədəniyyət, incəsənət xadimləri iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Bu saata olan əsas xəbərlər

Avropada qazın qiyməti 5 faizədək azalıb

Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir