Yekaterina Tişkova müxtəlif hündürlüklü qollarda hərəkətlər üzrə gümüş medala layiq görülüb
Bakı, 15 may, AZƏRTAC
Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarında qadın idman gimnastlar arasında final yarışında təmsilçimiz Yekaterina Tişkova müxtəlif hündürlüklü qollarda hərəkətlər üzrə gümüş medala layiq görülüb.
AZƏRTAC xəbər verir ki, idmançımız 12.400 xalla ikinci yeri tutub.
Yarışda birinci və üçüncü yerlərə isə Türkiyə gimnastları sahib olublar. Demet Mutlu 12.750 xalla qızıl, Ekin Morova isə 11.900 xalla bürünc medallara layiq görülüblər.