YENİ RABİTƏ OBYEKTLƏRİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə respublika üzrə lokal telefon şəbəkəsinin və mobil şəbəkənin birgə tutumu 2 milyon nömrəyə çatdırılmış, 10 rayonda “Azərcell” BM-in əlavə ötürücüləri quraşdırılmışdır. Bundan əlavə, Bakının taksofon parkında 100 ədəd yeni aparat quraşdırılmış, Naxçıvan Muxtar Respublikasında kiçik tutumlu beynəlxalq stansiya tikilmişdir.
Dövlət televiziyasının AzTV-1 proqramının yayım keyfiyyətinin yüksəldilməsi üçün respublikanın müxtəlif bölgələrində 20 ədəd azgüclü televiziya vericisi və respublika radiosunun FM diapazonunda yayım əhatəsinin genişləndirilməsi məqsədi ilə 3 ədəd FM vericisi alınıb quraşdırılmışdır. Dövlət Televiziya və Radio Verilişləri Şirkəti ilə Teleqüllə arasında televiziya və radio proqramlarının optik kabellə ötürülməsinə keçilmiş, AzTV-1 proqramının peyk vasitəsilə yayım əhatəsinin genişləndirilməsi üçün digər peyklərdən Avropaya yayımı təşkil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]