Yeni Zelandiyada koronavirusa yoluxan sonuncu xəstə də sağalıb
Tokio, 8 iyun, AZƏRTAC
Yeni Zelandiya Səhiyyə Nazirliyi bəyan edib ki, ölkə ərazisində koronavirusa yoluxan son xəstə tamamilə sağalıb.
AZƏRTAC Yeni Zelandiya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son iki həftə ərzində ölkədə koronavirusa yoluxan qeydə alınmayıb.
Nazirliyin iyunun 8-də yaydığı məlumata görə, Oklendə həkimlərin nəzarəti altında olan koronavirusa yoluxmuş sonuncu xəstə tamamilə sağalmış elan edilib. Yeni Zelandiyanın baş sanitar həkimi bildirib ki, fevralın 28-də ilk dəfə yoluxma halının qeydə alınmasından sonra ölkə ərazisində həmin diaqnozun təsdiq olunduğu insan qalmayıb.
Qeyd edək ki, Yeni Zelandiyada ümumilikdə 1504 nəfər koronavirusa yoluxub. Onlardan 1402 nəfər sağalıb, 22 nəfər isə həyatını itirib. Sonuncu yoluxma halı mayın 22-də qeydə alınıb. Ölkə üzrə 295 min nəfər koronavirus testindən keçirilib.
Yeni Zelandiyada epidemioloji vəziyyət sabitləşdikdən sonra hakimiyyət orqanları əksər məhdudiyyətləri ləğv edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:15]
Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər
- 16.06.2026 [11:12]
Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır
- 16.06.2026 [10:32]
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 68-ə çatıb
- 16.06.2026 [09:10]
İndoneziya sahillərində güclü zəlzələ baş verib
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:53]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [21:35]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [21:24]
İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub
- 15.06.2026 [21:18]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:47]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:39]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [20:28]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [20:00]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [19:51]