Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeniləşən nəsrin İsa Hüseynov mərhələsi

Yeniləşən nəsrin İsa Hüseynov mərhələsi

Bu gün Xalq yazıçısı İsa Hüseynovun anadan olmasından 92 il ötür

Bakı, 12 iyun, AZƏRTAC

İsa Hüseynov (Muğanna) Azərbaycan nəsrinin milli ruh və emosiya potensialını özünə qaytardı. Onun ədəbiyyatımızda oynadığı başlıca rol birmənalı şəkildə bundan ibarətdir. Təsadüfi deyil, 60-cı illər nəsrinin keyfiyyət özəlliklərindən bəhs edən bütün mətnlərdə İsa Hüseynovun rolu bu yöndə xüsusi önə çəkilir, mənəvi diriliyin, qurulan sahmanın, yeni düşüncə hərəkatının təməli olaraq dəyərləndirilir.

Bu gün təkcə Azərbaycanın deyil, bütöv türk dünyasının böyük yazıçısı İsa Hüseynovun doğum günüdür. AZƏRTAC bu münasibətlə filologiya üzrə elmlər doktoru Elnarə Akımovanın görkəmli yazıçıya həsr etdiyi yazını oxucularla bölüşür.

İsa Hüseynov yaradıcılığı elə bir dönəmdə parladı ki, bu dönəmə qədər milli varlıq yad düşüncəyə, yad kontekstə güzəştə gedirdi və güzəşt ədəbiyyatı estetik hadisə doğura bilmədiyi üçün 20-ci illərdən sonra ədəbiyyatı qapsamış sosialist düşüncənin direktivləri əsasında hasilə gələn mətnlər bədii-estetik səviyyə baxımından uğur vəd etmirdilər. Amma məsələ bununla qapanmırdı ki... Zamanın dəngəsi pozulmuşdu, sistem bir tərəfdən sovet varlığını təcəssüm etdirmək, dövrün epoxal hadisələrinə yeni münasibətin bədii həllini verməyi yazıçıların qarşısına qoyur, onlardan xalq həyatını, inqilabi səciyyəni, yeni quruculuq məsələlərini önəmsəməyi tələb edir, digər tərəfdən 20-ci illərə qədər mövcud nəsr ənənəsinin yetişdirməli olduğu zehniyyətin qarşısını alırdı. Sonucda XX əsrdə başlanan hərəkat yarıda qırıldı. Ədəbiyyat dəyərlərindən uzaq düşdü. Milli ədəbiyyat anlayışı və bu anlayışı yaradıcılığında ehtiva edən aydınlar məhv edildilər. Bizdə milli dövlətçilik ideyasının tarixi o qədər uzağa getməsə də, milli dövlətçiliyi, müstəqillik ideyalarını şərtləndirən milli mənlik şüurunun yaranmasının aspektləri məhz bədii düşüncəyə söykənir. Yəni milli, etnik mənlik şüuru əvvəlcə bədii, sonra isə ictimai-siyasi təfəkkürdə təşəkkül tapır. 20-ci illərə qədər proses o şəkildə aparılırdı ki, ədəbiyyat dövrün milli-mənəvi ruh yüksəkliyini, mədəni ruhunu təyin etməyə qadir görünürdü. Sonra onları nələr əvəz etdi? Yenilik, inqilabi dəyişiklik, kollektiv əmək və sosial bərabərlik, qadın hüququ, kütləvi maarif və mədəniyyət ideyalarının cəmiyyətə tətbiqi ədəbiyyatın stixiyasını pozdu, birmənalı şəkildə inqilab stixiyasının təcəssümü, kolxoz quruculuğu, istehsalat mübarizəsi, xalqlar dostluğunun tərənnümü, başqa millətləri daim dostluq və qardaşlıq şəraitində təqdim etmək, neft uğrunda sovet adamının mübarizəsi və s. - hətta mövzular belə şüur hadisəsinə yönəlmiş antiədəbiyyat anlayışına xidmət edirdi. İsa Hüseynovun 60-cı illərin əvvəllərində çap olunan "Doğma və yad adamlar", "Yanar ürək" romanları, "Teleqram", "Tütək səsi", "Kollu koxa" kimi pyes və hekayələrində vəziyyətin başqa qütbə yuvarlandığını nişan verən əlamətlər əksini tapırdı və "yaddaşsızlığa atılan daşlar"dan hörülən yeni nəsrin ilk örnəkləri kimi əlahiddə idilər.

İsa Hüseynovun Mehdi Hüseynlə olan dialoqunu həmişə yetişən, dünənin acı təcrübəsindən silkinib ayrılan yeni ədəbiyyatın başlanğıcı kimi anlayıram. "Oçerkdə niyə atandan yazmısan" sualına gənc yazıçı İ.Hüseynov "çünki atamı yaxşı tanıyıram" cavabını verir. Sonradan İ.Hüseynovun bütün yaradıcılığı ədəbiyyatla "atamızı" - kök, soy başlanğıcını axtarmağa, onu tanıtmağa, milli kimliyindən perik salınmış düşüncəni özünə yönəltməyə ithaf olundu. Çingiz Aytmatov manqurtluq sindromunu ədəbiyyatın bədii təcəssüm predmetinə çevirəndə İ.Hüseynov soyumuz, kökümüz, baba yazımız kimi məsələləri qabardıb ictimai düşüncəyə təsir göstərməyə nail oldu. Niyə? Çünki bütün böyük yazıçılar kimi İ.Hüseynov da anlayırdı ki, milli statusundan bilərəkdən perik salınmış bir xalqın mənəvi ruhunu geri qaytarmayınca sabahlı ədəbiyyat, gələcək inkişaf üçün kontekst müəyyənləşdirmək qeyri-mümkündür. Odur ki, ədəbiyyatın milli düşüncəyə təsiri məsələsi XX əsrin əvvəllərindən sonra ilk dəfə İ.Hüseynovun əsərləri ilə start götürməyə başladı. Buzlar nisbətən əridi, insanı görmək təşnəsi önə keçdi. Mövzular dəyişməsə olardı. Dəyişən insan, ona münasibət, onun duyğu və düşüncələrinin, hərarət və hənirinin ədəbiyyata adlaması oldu. Yaşar Qarayev 80-ci illərdə haqlı olaraq yazırdı: "Əgər əvvəllər nəsrdə bədii tədqiqin (yaxud təfsirin) ağırlıq mərkəzi sosial-sinfi qanunauyğunluğun dərki və ifadəsi idisə, indi nasirlər mənəvi aləmdə fərdi-şəxsi, daxili-intim zolağı və qatı eyni dəyərdə bədii həssaslıq hədəfinə çevirdilər".

Zənnimcə, klişelərin dağılmasında, mətnə diri, canlı insan obrazının gətirilməsində əsas rolu İsa Hüseynovun mətnləri oynadı. Bu mətnlər həm də dərinliyə enişin, idrakı tutumun siqlətinə görə fərqlənə bildilər. Elçinin "Ədəbi düşüncələr" esselər kitabında belə bir fikir yer alır: "Çingiz Aytmatovun "Ağ gəmi" povestini oxudum. Çingiz "Cəmilə"ni yazanda Azərbaycanda onun ədəbi nəslindən olan və ondan daha yüksək bir bədiiliklə, ondan daha artıq bir dərinliklə yazan yazıçılar var idi. Ancaq Çingiz əsərdən-əsərə dərinlərə getdi, bizimkilər isə əsərdən-əsərə üzə qalxmağa başladılar". Burada üzə çıxmaq məsələsini bircə İsa Hüseynova aidləmək olmur. Tək "Qapalı dünya" faktını götürək. Bu, üzə çıxmaq idimi?! Düşünmürəm. Əksinə, İsa Hüseynov gərəkdiyindən artıq dərinlərə endi. O dərinlər ki, orda insanın batini həyatının gizlinlərini üzə çıxarmaq ehtirası önə keçmişdi, millətə kimliyini tanıtmaq təəssübünün uca vurğusu eşidilirdi. Akademik Nizami Cəfərov deyirdi: "Yalnız Azərbaycan ədəbiyyatında deyil, ümumən dünya ədəbiyyatında hələ heç bir yazıçı bu qədər dərinliyə (tarixə!) getməyə, cəmiyyətdəki (insan təbiətindəki) qüsurları (təhrifləri!) bu qədər dərindən (tarixdən!) təhlil etməyə cəhd göstərməmişdir ki, bu, qaibdən İsa Hüseynova (Muğannaya) təklif edilir".

Yazıçının nəsrinin müvəffəqiyyəti sadəcə olaraq ədəbiyyata yeni mövzu, problem, yeni qəhrəman, xarakter gətirməklə, mühitin antihumanist mahiyyətini açmaqla məhdudlaşmadı, həm də nəsrimizə yeni üslub gətirdi. Bu üslub o qədər fərqli oldu ki, Azərbaycan nəsrində zaman və məkan çoxqatlılığı, daxili-psixoloji dialoqlar, hadisələrə fəlsəfi yanaşmalar, bir anın içinə bütöv bir dövrü sığdırmaq kimi yeni-yeni formalar görünməyə başladı. Yazıçının üslubu qəhrəmanın fikir və hərəkətlərində, daxili düşüncə və psixologiyalarında açılır, yeni məzmun kəsb edir, yeni ədəbi dəyər qazanırdı. Bu pafos ilk növbədə, qəhrəmanı ya tarixi planda, ya da müasir həyat lövhələrində əks etdirmiş olsun, sovet mühitinin eybəcərliklərini açıb ortaya qoymaq üçün "mübarizə" planında nəsrə gətirilir. Müasir planda birbaşa, tarixi planda "mərkəzdənqaçma tendensiyasına" meyil etmək, unudulmağa, silinməyə cəhd edilən tarixi keçmişi diriltmək çabası ilə.

Ümumiyyətlə, İsa Hüseynovun nəsrində qəhrəman və mühit problemi çox kəskin ifadəsini tapıb. Yazıçı dərk edirdi ki, mühitdəki əyintiləri təsvir etmədən onu sarsıtmaq mümkünsüz olacaq. Ona görə sovet mühitində yaşayan qəhrəman obrazı ilə rejimin insanların mənəvi aləmində açdığı dərin yaraları, ictimai quruluşun antihumanist mahiyyətini göstərməyə çalışırdı.

İ.Hüseynov güvənilən insanların pozulan mənəviyyatından, onlara verilən imtiyazların artırılması ilə getdikcə cəmiyyət üçün daha təhlükəli olmalarından, bu insanların milli hiss, milli düşüncədən uzaqlaşmalarından, azğınlaşmalarından ilk dəfə yazmağa başladı və bunlar bizim ədəbiyyat üçün tamamilə yeni hadisə, yeni baxış idi. Dünənə qədər mühitin qəhrəmanları olanlar İ.Hüseynov nəsrində artıq antiqəhrəmanlara çevrilirdilər. İsa Hüseynovun "Tütək səsi", "Teleqram" kimi əsərlərində estetik mühakimələrin zənginliyindən, fəlsəfi qənaətlərin və mündəricənin dərinliyindən tutmuş, insanın daxili aləmi, mənəvi sarsıntıları, ağrıları və mühitə münasibəti ədəbiyyatın konkret predmetinə çevrildi. Ən başlıcası, mühit probleminə yeni baxışla ədəbiyyatımıza tarixdən və müasir dövrdən alınmış yeni obrazlar gətirildi. Yazıçı "İdeal"da dərin mənalı yozumlarla, sətiraltı anlamlarla antidemokratik, antihumanist sovet mühitinin və bu mühitdə yaşayan insanların dramını verirdi.

Kənd problemi və bu müstəvidə şəxsiyyət və zaman rakursu İsa Hüseynovun əsərlərində də özünəxas bir şəkildə qoyulur. İsa Hüseynovun "Məhşər", "İdeal" əsərləri kəskin sosial ziddiyyətlərin toqquşması şəraitində psixoloji sarsıntı keçirən intellektual insanların mənəvi aləmlərinin, yaşantılarının ədəbiyyata gətirilməsi demək idi. İsa Hüseynov yalnız kənd təsvirlərindən, kənddə yaşayan insanların həyat tərzindən, faciəsindən, problemlərindən yazmırdı, onun təsvir etdiyi kənd mühitindən dünyaya çıxış aparıcı idi, dünyanın gedişatı, həyatın əbədi sualları, olum və ölüm, tərəqqi və tənəzzül, kamillik və nadanlıq haqqında düşünürdü, fəlsəfi qənaətlərlə mühakimələr yürüdürdü, daxili monoloqlarla dərin problemlər üzərində baş yorurdu. Bu dərinlik ona qəhrəmanların mənəvi dünyasını dolğun qələmə almağa, psixologizmi gücləndirməyə kömək edirdi.

İ.Hüseynov mühitin çirklənməsinin səbəbini sadəcə, urbanizasiyada görmürdü. Eləcə də onun qəhrəmanlarının təsəvvüründə kəndin təbiiliyi, saflığı heç də geniş mənada mühitin saflığı demək deyildi. Mənəviyyatsızlıq insan xislətinin təzahürü olaraq mənalanırdı bu mətnlərdə. Zənnimcə, onları hər zaman üçün diri saxlayan da elə bu məziyyəti olacaq: İnsan xislətinin bütün qatlarını ədəbiyyata ötürmək, onu bədii təcəssümün predmetinə çevirmək məqsədyönlülüyü...

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib