Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verilib
Bakı, 8 mart, AZƏRTAC
Azərbaycan Boks Federasiyası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verib.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Boks Mərkəzində təşkil olunan yarışın ilk günündə 7 çəki dərəcəsi üzrə 60 qarşılaşma baş tutub.
Qeyd edək ki, turnir martın 14-dək davam edəcək. Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın tərkibində 327 boksçu qatılıb.