YENİYETMƏ UŞAQLAR ARASINDA MƏHƏLLƏLƏRARASI MİNİ-FUTBOL TURNİRİNİN PÜŞKÜ ATILMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 9-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Bakı şəhəri üzrə məhəllələrarası mini-futbol turnirinin final mərhələsinin rəsmi püşkatma mərasimi olmuşdur.
Turnir paytaxtın 11 rayonunu əhatə etməklə 1995-96-cı təvəllüdlü yeniyetmələr arasında keçirilir.
Məhəllələrarası yarışların ölkəmizdə uşaq futbolunun inkişaf etdirilməsində, eləcə də mahir futbolçuların yetişdirilməsində mühüm rol oynadığını bildirən Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ilk belə turnirin Səbail rayonunda keçirildiyini qeyd etmişdir. UEFA-nın rəsmi saytında da bu barədə məlumat verildiyini söyləyən R.Abbasov finala çıxan komandaların beş xarici ölkəyə ezam olunacağını diqqətə çatdırmışdır. Onun sözlərinə görə, bu məsələ UEFA-nın maddi dəstəyi ilə baş tutacaqdır.
Sonra püşkatma mərasiminə başlanmışdır.
A qrupunda Nərimanov rayonunun “Olimpik”, Əzizbəyovun “Türkan”, Nizaminin “Arsenal”, Səbailin “İnter”, Binəqədinin “Xudafərin”, Sabunçunun “Zenit” komandaları, B qrupunda isə Qaradağın “Araz”, Yasamalın “Xudafərin”, Nəsiminin “Turan”, Suraxanının “Neftçi” və Xətainin “Əhmədli” klubları yer almışlar.
Xatırladaq ki, Nəsimi rayonunda keçirilən turnir AZƏRTAC-ın təsis etdiyi kubok uğrunda keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]