“Yeniyetməlik psixologiyası” mövzusunda onlayn seminar keçirilib
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan İdman Könüllüləri İctimai Birliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə “Yeniyetməlik psixologiyası” mövzusunda onlayn seminar keçirilib.
AZƏRTAC Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, psixoloq Aytən Əliyeva seminardakı çıxışında yeniyetməlik və gənclik dövrünün xarakterik xüsusiyyətlərindən, bu dövrdə qazandığı müsbət və mənfi keyfiyyətlərdən bəhs edib. Bildirib ki, yeniyetməlik dövründəki psixoloji böhranı anlamaq üçün bu zamana qədər olan bütün dövrlərin inkişafını bilmək vacibdir.
Bundan başqa, yeniyetmələrdə idman psixologiyasından danışan Aytən Əliyeva gənclərin çox zaman bu sahədə qarşılaşdığı motivasiya əskikliyindən bəhs edərək onun həlli yollarını açıqlayıb.
Sonda psixoloq könüllülərin suallarını cavablandırıb.