YERİN TƏKİNDƏN İSTİFADƏ ZAMANI QANUNVERİCİLİYİN TƏLƏBLƏRİNİN İCRA VƏZİYYƏTİ YOXLANMIŞDIR
Bakı, 30 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yerin təkindən istifadə zamanı qanunvericiliyin tələblərinin icra vəziyyətini yoxlamaq məqsədilə reydlər keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, Xəzər rayonu Pirallahı qəsəbəsi ərazisində yerin təkindən qanunsuz istifadə etdiklərinə görə R.Əhmədov və M.Seyidov hər biri fiziki şəxs qismində inzibati qaydada 600 manat məbləğində cərimə olunmuşlar.
Xəzər rayonu Mərdəkan çimərliyində Ş.Cəbrayılov və Abşeron rayonu Fatmai-Goradil bağları ərazisində Ə.Məmmədov yerin təkindən qanunsuz istifadə etdiyinə görə hər biri fiziki şəxs qismində inzibati qaydada 600 manat məbləğində cərimə edilmişlər.
Sabunçu rayonu Pirşağı qəsəbəsi Xəzər sahili ərazidə yerin təkindən qanunsuz istifadə etdiklərinə görə R.İsmayılov və X.Sadıqov hər biri fiziki şəxs qismində inzibati qaydada 600 manat məbləğində cərimələnmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır – FAKTİKİ HAVA
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]