Yerli ekosistemin ümumi mənzərəsi “Ecosystem Autumn Meetup”da müzakirə olunub
Bakı, 16 sentyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə yerli ekosistem oyunçuları ilə görülən işlər payız “meetup”da müzakirə edilib, yeni imkanlar və gələcək planlar dəyərləndirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, bu ilin 3-cü rübü innovasiya ekosisteminin dinamikliyi ilə yadda qalıb. Belə ki, son üç ayda startap ekosisteminin inkişafının təşviqi üçün “Founders Academy”, “Viveka”, “Startup Wise Guys” proqramları uğurla həyata keçirilən layihələrin bir neçəsidir. Artıq ənənə halını almış bu “meetup”lar innovasiya ekosisteminin oyunçuları üçün təcrübə, bilik, nailiyyətlər və planlar mübadiləsi baxımından əlverişli platformaya çevrilib. Məqsəd bu görüşlər vasitəsilə Azərbaycanın innovasiya ekosisteminin inkişafına təkan verməkdir.