REGİONLAR
Yevlax rayonunun Qoyunbinəsi kəndində köhnə qaz xətləri yenilənir
Bakı, 27 fevral, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) Yevlax rayonunun Qoyunbinəsi kəndində uzun illər istismarda olan qaz xətlərini yeniləyir.
AZƏRTAC xəbər verir ki, uzunluğu 26 kilometr olan qaz xəttinin çəkilişi başa çatdıqdan sonra 515-dək abonentin qaz təchizatı xeyli yaxşılaşacaq. Bundan əlavə, ətrafda salınan yeni yaşayış massivlərinin də mavi yanacağa olan tələbatı tamamilə ödəniləcək.
Mühəndis Elşən İsmayılov bildirib ki, yaxın gələcəkdə Yevlax rayonunda 200 ailənin yaşadığı daha bir yaşayış massivi də qazlaşdırılacaq. Bunun üçün hazırlıq işləri də görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]
Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib
- 07.05.2024 [14:58]