Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yubiley sammiti: Aİİ-nin daxili problemləri və xarici əlaqələri

Yubiley sammiti: Aİİ-nin daxili problemləri və xarici əlaqələri

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Avrasiya İqtisadi İttifaqının (Aİİ) beş illiyinə həsr edilmiş yubiley sammitinin keçirilməsinin əsası vardı. Məhz bu ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə beş il əvvəl Aİİ-nin yaradılması haqqında müqavilə imzalanıb. Təşkilatın yaradılmasından iyirmi il öncə isə Qazaxıstan lideri Avrasiya məkanında inteqrasiya proseslərinə başlamaqla bağlı ideya irəli sürmüşdü. Deməli, bu prosesdə N.Nazarbayevin xidmətləri əvəzsizdir. Bu səbəbdən yubiley tədbirinin Qazaxıstanda təşkil edilməsi həm də rəmzi məna daşıyır. Sammitdə kifayət qədər aktual məsələlər müzakirə edilib. Aydın olub ki, üzv dövlətlər arasında bir sıra məsələlər üzrə fikir ayrılığı qalmaqdadır. Bu, daha çox daxili məsələlərə aiddir. Təşkilatın xarici əlaqələri ilə bağlı isə fikir birliyi mövcuddur. Bu tezisdən çıxış edərək iştirakçılar müəyyən təkliflər irəli sürüblər. Bütövlükdə tədbirdə müzakirə olunan məsələlərin geosiyasi aspektdə təhlilinə ehtiyac olduğunu düşünürük.

Paşinyan yenə pərt oldu: uğursuz sədrlik

Avrasiya İqtisadi İttifaqının beşinci ildönümü münasibətilə tədbirlərin Qazaxıstanın paytaxtında keçirilməsi, əslində, rəmzi məna daşıyırdı. Bununla iştirakçılar təşkilatın yaradılmasının təşəbbüskarı olan Nursultan Nazarbayevə hörmət və ehtiramlarını ifadə ediblər. Tarixin istehzasıdır ki, həmin tədbiri rotasiya qaydasına görə Ermənistanın baş naziri Nikol Paşinyan aparmalı oldu. Bu siyasətçiləri nüfuzlarına görə müqayisə etmək belə mümkün deyil. Bundan başqa, N.Paşinyan nəinki Aİİ-yə heç bir xidmət göstərməyib, hətta içdən onun əleyhinə olan adamdır. Onun təbirin gedişində təşkilatla bağlı ifadə etdiyi ironik fikirlər də təsadüfi görünmür. Hətta bir epizodda N.Nazarbayevi bu ideyanı ortaya atmaqda dolayısı ilə ittiham etməyə də çalışıb. Qazaxıstanın keçmiş Prezidenti isə təmkinlə ona iki ölkə arasında münasibətlərin normal olduğunu xatırladıb, başqa sözlə, "özünü təmkinli apar" deyib.

Maraqlıdır ki, Rusiya Prezidenti Vladimir Putin N.Paşinyanla ayaqüstü belə söhbət etməyib. Ancaq erməni mətbuatı yazırdı ki, baş nazir V.Putinlə payıza qədər iki dəfə görüşmək fikrindədir. Onların biri Rusiyada, digəri isə Aİİ-nin sammiti çərçivəsində olmalıdır. Hər nə isə Rusiya Prezidenti bu dəfə də N.Paşinyana yerini göstərib.

Yubiley sammitində N.Nazarbayev Aİİ-də göstərdikləri xidmətlərinə görə Rusiya, Belarus və Qırğızıstan prezidentlərinə öz adını daşıyan ordenlər verib. Mükafatı şəxsən özü təqdim edib. N.Paşinyan ona medal verilmədiyinə görə küsüb və vaxtından tez İrəvana qayıdıb. Ekspertlər N.Paşinyana qarşı bu davranışı onun Aİİ-də xidmətlərinin olmaması ilə əlaqələndirirlər. Ancaq Qırğızıstan Prezidenti də elə bir fəaliyyətilə fərqlənməyib, lakin o, mükafatlandırılıb. Deməli, əsas səbəb N.Paşinyanın hörmətinin olmamasıdır.

Belarus Prezidenti Aleksandr Lukaşenko adəti üzrə təşkilatın çatışmazlıqlarından bəhs edib. O, Aİİ daxilində qəbul olunan qərarların tam yerinə yetirilmədiyini və ticarətdə proteksionizmin olduğunu vurğulayıb, buna misal kimi bir sıra məhsullara qadağaları göstərib. Bütövlükdə isə Aİİ-nin uğurlu fəaliyyət göstərdiyini deyib.

Bütün bunların fonunda Aİİ-nin yubiley sammitində hansı məsələlərin müzakirə edildiyi və qərarlarda nələrin nəzərdə tutulduğu geosiyasi baxımdan maraqlı görünür. Yubiley sammiti daha çox təşkilatın xarici əlaqələrinə həsr edilib. Bir sıra dövlətlərlə, məsələn, İran, Hindistan, Çin, Sinqapur, Vyetnam və digərləri ilə əlaqələrdən bəhs edilib. Moldova Prezidenti müşahidəçi qismində iştirak etsə də, bu ölkənin üzvlük məsələsinə baxılmayıb. Güman edilirdi ki, Moldova təşkilata üzv seçiləcək.

Bunun əvəzində N.Paşinyan Sinqapurdan danışıb. Sinqapur son reytinq cədvəlində ən dayanıqlı iqtisadiyyata malik ölkə kimi göstərilib. Aİİ-nin onunla əlaqələr qurmaq niyyəti maraq doğurur. Bundan başqa, N.Paşinyanın iyulda Sinqapura səfəri gözlənilir. Yəni Moldova yerinə erməni nazirin Sinqapurdan danışması səbəbsiz deyilmiş. Bütövlükdə Aİİ-nin daxili problemlərindən deyil, daha çox xarici əlaqələrdən danışılması təsadüfi görünmür.

Məsələ ondan ibarətdir ki, bu təşkilata daxil olan ölkələr arasında hələ sözün əsl mənasında inteqrasiya yaranmayıb. Düzdür, ticarət dövriyyəsi artıb. Müəyyən inteqrasiya layihələri hazırlanır. Məsələn, Aİİ məkanında vahid təqaüd və ya vahid mobil əlaqə sisteminin yaradılması üzərində iş gedir. Bunlar fərdlərin sosial vəziyyətinə təsir göstərə bilər. Ancaq söhbət ciddi iddiaları olan regional bir təşkilatdan gedirsə, bu kimi addımlar həlledici deyil.

Təşkilatın gələcəyi: çətinliklər və ümidlər

Bütövlükdə Aİİ rəqabətə davamlı, çevik, daxilən ziddiyyətsiz bir təşkilat olmalıdır ki, əhatə etdiyi məkanda real inteqrasiya prosesi getsin. Bu aspektdə N.Paşinyanın Aİİ-nin bu il heç olmasa iki xarici dövlətlə müqavilə imzalaya biləcəyini uğurlu hal sayması diqqətdən qaçmayıb. Bu istehzanın nəticəsini zaman göstərəcək.

Bunlar onu göstərir ki, Aİİ-də daha çox xarici əlaqələrdən bəhs edilməsi geosiyasi məqsədə xidmət edir. Belə görünür ki, Rusiya qlobal geosiyasi proseslərdə öz çəkisini artırmaq və cazibə mərkəzlərindən biri olduğunu nümayiş etdirmək üçün uzağa gedən proqramları qabardır. Məlumdur ki, dünya miqyasında indi ən nüfuzlu və perspektivli inteqrasiya formatı "Bir kəmər, bir yol" layihəsi sayılır. Artıq 150-dən çox ölkə onda iştirak etməyə maraq göstərib. Bunun fonunda Aİİ-də heç olmasa iki ölkə ilə əməkdaşlıqdan bəhs etmək xeyli gülünc görünür.

N.Nazarbayev də sammitdə əsas olaraq "Bir kəmər, bir yol" layihəsindən danışıb. Aİİ-nin perspektivini həmin layihədə iştirak edib-etməməsi ilə əlaqələndirib. Bununla aydın olur ki, Aİİ-nin təşəbbüskarları belə dolayısı ilə etiraf edirlər ki, Çinin inteqrasiya modeli Avrasiyaya daha çox uyğun gəlir. Onda bəs Aİİ nəyə lazımdır? Üstəlik, bu təşkilata daxil olmaq istəyən yoxdursa, o, kimə gərəkdir? Məsələn, Moldova Prezidenti İqor Dodonu ölkə parlamenti Aİİ-yə daxil olmaq planına görə çox incidir. İndi orada ixtilaf böyüyüb və hətta İ.Dodonun impiçmenti ilə nəticələnə bilər.

Belə çıxır ki, Aİİ-ni perspektivli inteqrasiya formatı kimi qəbul edən çox azdır. Heç şübhəsiz ki, burada təşkilata daxil olan ölkələrin iqtisadi gücünün elə də böyük olmadığını da nəzərə almaq lazımdır. Onların əksəriyyətinin yardıma ehtiyacı var. Elə Belarusun davası da bir cəhətdən bu aspektlə bağlıdır. Minsk hesab edir ki, təşkilatda nəinki inteqrasiya prosesi getmir, hətta əksinə, bir sıra üzv dövlətlərdən digərlərinə qarşı istifadə etməyə çalışırlar. Belarus Prezidenti Rusiyanın adını çəkir və belə müttəfiqliyin gələcəyinin olmadığını vurğulayır.

Bu kimi faktorlara görə Aİİ-nin geosiyasi inteqrasiya məkanı kimi elə də cazibədar olmadığı qənaəti əldə edilir. Buna görə də hansısa addımlar atılmalıdır ki, bu təəssürat dağılsın. Uzaq Sinqapur bu keyfiyyətdə maraqlı obyektdir. O, həm iqtisadi dayanıqlığı baxımından ən güclü, həm də sürətlə inkişaf edən ölkədir. Üstəlik, Aİİ-dən kifayət qədər uzaq məsafədə yerləşir. Onunla hər hansı real əlaqə təşkilatın "əlinin uzun olması" təəssüratını yarada bilər.

Bu məqam Aİİ-nin yaxın illərdə daha çox geosiyasi maraqlar naminə fəaliyyət göstərəcəyi anlamını verirmi? Bu proqnozu vermək riskli olardı. Əlbəttə, geosiyasi mübarizənin kəskinləşməsi istər-istəməz Aİİ-ni də meydana çəkir. Bir tərəfdən ABŞ-ın siyasəti, digər tərəfdən isə Avropa İttifaqının fəallığını artırmaq planları və nəhayət, Çinin inteqrasiya layihəsi ciddi rəqabət mühiti yaradır. Onların içində hələlik ən zəifi Aİİ-dir. Bu səbəbdən Aİİ-nin geosiyasi mübarizə meydanına çəkilməsi xeyli ehtimallıdır.

Bununla yanaşı, Aİİ üçün təhlükəsizlik məsələsinin həll edilməsi də zəruridir. Onun daxilində münaqişələr mövcuddur. Bundan başqa, Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaradılmış Dağlıq Qarabağ probleminin hələ də aradan qaldırılmaması ciddi risklər meydana gətirir. O cümlədən Aİİ-nin də daxil olduğu məkanda təhlükəsizliyi təhdid edir. Təsadüfi deyil ki, erməni siyasətçiləri, ekspertləri və hərbçiləri tez-tez Azərbaycana qarşı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi imkanlarından istifadə edə biləcəklərini dilə gətirirlər. Lakin bu məsələnin asan olmadığı hamıya məlumdur. Bununla da Ermənistanla təşkilatın digər üzvləri arasında fikir ayrılığı hələ də qalmaqdadır.

Aİİ daxilində başqa intriqalar da vardır. Onların həll edilməsi zəruriliyi dərk edilir, lakin onların həlli mexanizmi yoxdur. Bununla yanaşı, təşkilat daxilində iqtisadi əlaqələrin inkişaf etdirilməsinə də böyük diqqət ayrılmalıdır. Çünki iqtisadi aspekt aparıcı olmaqla insanların rifah halı ilə birbaşa əlaqəlidir. Bu vəzifənin öhdəsindən təşkilatın necə gələcəyi aydın deyil. Xüsusilə Amerikanın sanksiyalarının getdikcə daha da gücləndiyi bir şəraitdə bu istiqamətdə tərəddüdlər az deyil.

Beləliklə, Aİİ-nin yubiley sammiti təşkilatın perspektivi ilə bağlı konkret fikir söyləməyə əsas vermir. Orada daha çox yadda qalan N.Nazarbayevin mükafatları və Sinqapur məsələsi olub. Mükafat keçmiş xidmətlə bağlıdır, Sinqapur isə... çox uzaqdadır.

 

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Biləsuvara qonaq gedən Cəlilabad sakinləri qidadan zəhərlənib

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti