Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yüksək səviyyəli strateji tərəfdaşlıq: İlham Əliyevin Türkiyə səfərinin tarixi məqamları

Yüksək səviyyəli strateji tərəfdaşlıq: İlham Əliyevin Türkiyə səfərinin tarixi məqamları

Azərbaycanla Türkiyə arasında olan münasibətlər bütün dünya üçün nümunədir. İki qardaş ölkə beynəlxalq hüquq normaları çərçivəsində, tam müstəqil dövlətlər olaraq, əlaqələrini inkişaf etdirirlər. İlham Əliyevin növbəti dəfə Prezident seçiləndən sonra ilk xarici səfərini məhz Türkiyəyə etməsi təsadüfi deyil. Ankarada, iki ölkənin bütün sahələrdə əlaqələrini əhatə edən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası olmalı idi. Bundan başqa, iki ölkənin əməkdaşlığını yeni səviyyəyə qaldırmalı olan müqavilələr imzalanmalı idi. Bütün bunlar baş tutdu. Azərbaycan və Türkiyə prezidentləri qarşılıqlı əlaqələrin bundan sora da inkişaf etdirilməsi zərurətini ifadə edən fikirlər bəyan etdilər. Bütövlükdə Azərbaycan Prezidentinin Türkiyəyə səfərinin başlıca siyasi və geosiyasi məqamları üzərində geniş dayanmağa ciddi ehtiyac duyuruq.

Tarixdən gələn ənənə və müasir dövr: ortaq maraqların parlaq nümunəsi

Növbəti müddətə Prezident seçilən İlham Əliyevin ilk xarici səfərini Türkiyəyə etməsi gözlənilən hal idi. Azərbaycanın dövlət başçısını Ankarada xüsusi hörmətlə qarşılayıblar. Türkiyə rəhbərliyi İlham Əliyevə olan böyük hörmət və ehtiramını dəfələrlə ifadə edib. Məsələ yalnız iki ölkənin dost və qardaş olmasında deyil - İlham Əliyevin bir şəxsiyyət kimi bütün dünyada qəbul olunması, ona yüksək qiymətin verilməsi ilə də bağlıdır. O cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın dövlət başçısına daim xüsusi xoş münasibətinin olduğu sirr deyil.

Prezident İlham Əliyevin Ankaraya səfəri iki ölkə arasında əlaqələrin yeni səviyyəyə yüksəlməsi aspektində olduqca ciddi əhəmiyyət daşıyır. Müzakirə edilən məsələlər və alınan qərarlar bunu tam təsdiq edir. Hər şeydən öncə, vurğulamaq istərdik ki, qarşılıqlı, bərabərhüquqlu və faydalı əməkdaşlıq üzrə dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan ikinci nümunə yoxdur. Müstəqil dövlət olaraq Türkiyə və Azərbaycan ortaq maraqlara malikdirlər. Bu barədə Prezident İlham Əliyev tarixi fikir ifadə edib.

Azərbaycan rəhbəri iki ölkə arasında əməkdaşlıqla bağlı növbəti sənədlər imzalanandan sonra Türkiyə Prezidenti ilə birgə mətbuata verdiyi bəyanatda vurğulayıb: "Biz bütün məsələlərdə bir yerdəyik. Mən qeyd etdiyim kimi, bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da biz daim bir yerdəyik" (bax: Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 25 aprel 2018).

İlham Əliyev lakonik surətdə Azərbaycanla Türkiyənin iki müstəqil dövlət olaraq hansı prinsiplərə görə bu dərəcədə yaxın əməkdaşlıq edə bildiklərini ifadə edib. Burada təbii ki, etnik, mədəni və tarixi ortaqlıq ciddi rol oynayır. Söhbət Ulu öndər Heydər Əliyevin söylədiyi kimi, "Bir millət, iki dövlət" prinsipindən gedir. Bununla yanaşı, Azərbaycan və Türkiyə müstəqil siyasət yeridən və öz maraqları olan ölkələr kimi münasibətlərini inkişaf etdirirlər. Biri digəri üçün böyük, yaxud kiçik qardaş rolunu oynamır. Əksinə, onlar ortaq maraqlara uyğun surətdə əlaqələrini daha da təkmilləşdirirlər. Bu o deməkdir ki, Azərbaycana Türkiyənin siyasi, geosiyasi, iqtisadi, energetik və hərbi aspektlərdə ortaq maraq dairələri getdikcə daha geniş məsələləri əhatə etməkdədir. Yəni iki qardaş ölkə müstəqil dövlətlər olaraq tarixi yaxınlaşmaya davam edirlər.

Məsələnin ən sevindirici tərəfi bundan ibarətdir. Çünki əgər müstəqil dövlətlər olaraq ortaq maraqlara sahibdirlərsə, Azərbaycanla Türkiyə arasında heç zaman ixtilaf yarana bilməz, onlar bir-birlərinin maraqlarını daim gözləyəcəklər. Həm də kənardan Azərbaycanla Türkiyənin arasını vurmağa çalışanların əl-qolu bağlanmış olur. Mətbuata verdikləri bəyanatlarda prezidentlər bu məqamı müxtəlif kontekstlərdə ifadə ediblər.

Müstəqil dövlətçilik naminə: inkişaf paradiqmasına verilən üstünlük

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında deyib: "...İnşallah, əziz qardaşımın siyasi liderliyi ilə "Can Azərbaycan" inkişaf etməyə, güclənməyə, bölgənin sabitlik zirvəsi kimi parlamağa davam edəcək... İnşallah, Türkiyə olaraq bu müddətdə Prezident İlham Əliyevlə birlikdə çiyin-çiyinə hər sahədə - siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə birgə fəaliyyət göstərməyə və gələcəyi qurmağa davam edəcəyik. Bu məsələdə mövqeyimiz qətidir" (bax: əvvəlki mənbəyə). Azərbaycanın dövlət başçısı da öz növbəsində bəyan edib: "İlk növbədə, əziz qardaşımı və bütün qardaş türk xalqını əldə edilmiş uğurlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əziz qardaşımın liderliyi sayəsində Türkiyə böyük və şərəfli yol keçmişdir. Biz - Azərbaycanda Türkiyəni sevən insanlar qardaş ölkədə inkişaf proseslərini çox böyük sevinclə qarşılayırıq. Prezident Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi ürəkdən sevindirir" (bax: əvvəlki mənbəyə).

İki Prezidentin bu cür fikirlər ifadə etməsi nəyi göstərir? Hər şeydən əvvəl, həm Azərbaycan, həm də Türkiyənin bir-birinin müstəqil dövlət olaraq inkişaf etməsindən sevinc hissi keçirdiyi və qürur duyduğu görünür. Yəni hər iki ölkə bir-birlərinə yalnız inkişaf paradiqması arzulayırlar, münaqişələrdən, ixtilaflardan, hərbi toqquşmalardan kənar olmalarını istəyirlər. Belə mövqe yalnız həqiqi mənada dost və qardaş olan və eyni zamanda, bir-birinin müstəqilliyinə hörmət edən ölkələr arasında ola bilər.

Bu, tarixi bir faktdır. Türkiyə Prezidenti hər kəlməsində Azərbaycana olan sevgisini, hörmətini və dəstəyini ifadə edir. Azərbaycan Prezidenti də açıq ürəklə deyir - "Türkiyə bu gün dünya çapında bir gücdür və getdikcə bu güc daha da böyüyür, dostlar sevinir, istəməyənlərin isə kefi pozulur. Biz Azərbaycanda böyük sevinc hissi ilə Türkiyənin inkişafını görürük. Əminəm ki, Türkiyə bundan sonra da yalnız və yalnız uğurlar, qələbələr yolu ilə gedəcəkdir" (bax: əvvəlki mənbəyə).

Dünyada ən yaxın iki müstəqil dövlət olmağın başlıca əlaməti bundan ibarətdir. Və şübhəsiz ki, həmin keyfiyyətdə Azərbaycan-Türkiyə münasibətləri bütün dünyaya nümunə ola bilər.

Məhz bu kontekstdə tam əminliklə deyə bilərik ki, bu iki dövlət regionda sabitlik, inkişaf, əməkdaşlıq və təhlükəsizliyin təminatçılarıdırlar. Zatən, Azərbaycan Prezidenti bu məqamı daim vurğulayır. Son olaraq Ankarada keçirilən Azərbaycanla Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası bu tezisi tam təsdiq etdi. Orada qəbul olunan qərarlar, imzalanan sazişlər göstərir ki, iki qardaş ölkə arasında əlaqələr beynəlxalq hüququn normaları çərçivəsində, kimsəyə zərər vermədən sürətlə inkişaf etməkdədir.

Bununla bağlı Rəcəb Tayyib Ərdoğan maraqlı fikir ifadə edib. Mətbuat üçün verilən bəyanatda Türkiyə Prezidenti deyib: "İkitərəfli əlaqələrimizlə yanaşı, Azərbaycanla birlikdə Gürcüstan, Türkmənistan, İran və Pakistanla yaratdığımız üçtərəfli əməkdaşlıq formatı da çox mühüm əhəmiyyət kəsb edir. Bu formatlar ölkələrimiz və regionumuz üçün faydalı olacaq layihələrin davam və inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir" (bax: əvvəlki mənbəyə).

Deməli, hər iki ölkənin rəhbərliyi regional və qlobal miqyasda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ciddi surətdə bir yerdə fəaliyyət göstərirlər. Çoxlu sayda dövlətlərlə ayrı-seçkilik etmədən əməkdaşlıq qurmaq böyük siyasi iradə tələb edir. Yeri gəlmişkən, onu vurğulayaq ki, bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü əməkdaşlıq formatları səmərəli rol oynayır.

Bütün bunlar onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin ilk xarici səfərini Türkiyəyə etməsinin arxasında çox ciddi milli və dövləti maraqlar dayanır. Dövlət başçısı Azərbaycanın müstəqil inkişafı və suverenliyi naminə lazım olan hər bir addımı atmaqda davam edir. Türkiyə ilə iqtisadiyyatı, informasiya sahəsini, müdafiə sənayesini, iqtisadi əlaqələri, ətraf mühitin qorunmasını nəzərdə tutan sanballı müqavilələrin imzalanması bu tezisin doğruluğunun konkret sübutlarıdır.

Azərbaycan müstəqil dövlət quruculuğu prosesini inamla davam etdirir və bunun üçün müstəqil siyasət həyata keçirir. Dostlar buna təbii ki, sevinirlər, düşmənlər isə narahat olurlar. Bu, onların problemidir. Odlar diyarı isə bütün dünyaya nümayiş etdirir ki, xarici siyasətin bütün istiqamətlərində, ilk növbədə, milli maraqlar mövqeyindən çıxış edir. Bu bağlılıqda Türkiyə-Azərbaycan əməkdaşlığının region üçün inkişaf, sabitlik və təhlükəsizlik aspektlərində həlledici rol oynadığına da şübhə yoxdur. Prezident İlham Əliyevin son Türkiyə səfəri bunu bir daha bütün məqamları ilə sübut etdi!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir