Yunanıstanda Afon dağı yaxınlığında güclü meşə yanğını baş verib
Afina, 13 iyun, AZƏRTAC
Yunanıstanda Afon dağı yaxınlığında meşə yanğını baş verib.
AZƏRTAC ölkənin yanğınsöndürmə xidmətinə istinadla xəbər verir ki, 70-80 hektar sahəni əhatə edən yanğınla mübarizə üçün 59 yanğınsöndürən və 20 texnika cəlb olunub. Yanğının söndürülməsi işlərində helikopterdən də istifadə edilir. Ərazidəki kilsələr üçün təhlükə yaranmadığı bildirilir. Yanğının şimşək çaxması nəticəsində baş verdiyi ehtimal edilir.
Yunanıstanda hökm sürən isti hava şəraiti nəticəsində meşə yanğınlarının tez-tez baş verdiyi müşahidə olunur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]